Əvəzlik cümlədə bütün cümlə üzvləri vəsifəsində işlənir. Şəxs, qeyri-müəyyən əvəzlikləri mübtəda, tamamliq və ismi xəbər; işarə əvəzlikləri və təyini əvəzliklər, əsasən, təyin və ismi xəbər, sual əvəzlikləri isə bütün cümlə üzvləri olur. Əvəzliyin morfoloji təhlil qaydası Əvəzlik aşağıdakı qaydada morfoloji təhlil olunur: 1.Hansı nitq hissəsini əvəz etməsi və sualı; 2.
Oxumağı davam edinTəsdiq və inkar feillər
Feillər hərəkətin icra olunub-olunmaması baxımından iki cür olur: təsdiq feillər, inkar feillər. Təsdiq feillər hərəkətin icra olunmasınl bildirir. Təsdiq feillərin xüsusi şəkilçisi yoxdur. Məsələn: yaz, aldı, gəlirəm, baxacaq və s. İnkar feillər hərəkətin icra edilmədiyini bildirir və vurğu qəbul etməyən qrammatik –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: yazma, alma, getmə, baxmayacaq,
Oxumağı davam edinSifət, sifətin quruluşca növləri
Sifət ümumi qrammatik mənasına görə əşyanın əlamətini və yaxud keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsələn: əşyanın həcmi (uzun, qısa,
Oxumağı davam edinFeilin təsriflənən formaları və şəkilləri
Feillər şəxsə, kəmiyyətə və zaman görə dəyişib, dəyişməməsinə görə iki qrupa bölünür. Təsriflənən formalar və Təsriflənməyən formalar. Feilin şəxsə və kəmiyyətə görə dəyişən formalarına feilin təsriflənən formaları deyilir. Feilin təsriflənən formalarına feilin şəkilləri daxildir. Feilin şəkilləri Feilin şəkilləri danışan (haqqında danışılan) şəxsin görülən işə, hərəkətə münasibətini bildirir. Feilin altı şəkli
Oxumağı davam edinFeilin qrammatik məna növləri
Feilin qrammatik məna növləri danışan şəxsin (iş görənin – subyektin) üzərində iş görülən əşya ilə qarşılıqlı münasibətini bildirir. Burad subyektin məlum olub-olmaması, işin subyektin öz üzərində görülməsi qarşılıqlı-birgə şəkildə yerinə yetirilməsi əsas götürülür. Bu baxımdan feilin aşağıdakı qrammatik məna nöxləri var: məlum növ, qayıdış növ, qarşılıq-birgəlik növ, icbar növ, məchul
Oxumağı davam edinÜslubiyyat – Üslub haqqında
Üslub – dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur. Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat adlanır. Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan özünü göstərir. Birinci halda, yəni ümumi, ictimai məzmun daşıdıqda funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əhatə edir, buna görə də bir
Oxumağı davam edinAhəng qanunu
Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və ya incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəmg qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ma-raq-lı-dır. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: də-niz-çi-lər. Əsl Azərbaycan sözləri ahəng qanununa
Oxumağı davam edinQoşasaitli sözlərin yazılışı
Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Bu tipli sözlərdəki sait qoşalığı ya iki eyni saitdən, ya da iki müxtəlif saitdən ibarət olur. Bu səbəbdən sözlərdəki sait qoşalığının iki növü fərqləndirilir. 1. Eyni sait qoşalığı 2. Müxtəlif sait
Oxumağı davam edinQaşasamitli sözlərin yazılışı və tələffüzü
Eynicinsli qoşa kk, pp və tt hərfləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məsəslən: səkkiz – səkgiz, murəkkəb – mürəkgəb, tappıltı – tapbıltı, hoppanmaq – hopbanmaq, əlbəttə – əlbətdə və s. Eynicinsli qoşa qq hərfləri ilə yazılan sözlərdə birinci cingiltili samit onun kar qarşılığı
Oxumağı davam edinVurğu
Azərbaycan dilində vurğunun uç növü vardır: heca vurğusu, məntiqi vurğusu (söz vurğusu), həyəcanlı vurğusu. Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətlə deyilməsi heca vurğusu adlanır. Üzərinə vurgu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: şahi`n, Azərbayca`n, azadlı`q, atla`z, epilo`q, kassi`r
Oxumağı davam edin