Təsdiq və inkar feillər

Feillər hərəkətin icra olunub-olunmaması baxımından iki cür olur: təsdiq feillər, inkar feillər. Təsdiq feillər hərəkətin icra olunmasınl bildirir. Təsdiq feillərin xüsusi şəkilçisi yoxdur. Məsələn: yaz, aldı, gəlirəm, baxacaq və s.

İnkar feillər hərəkətin icra edilmədiyini bildirir və vurğu qəbul etməyən qrammatik –ma2 şəkilçisi ilə düzəlir. Məsələn: yazma, alma, getmə, baxmayacaq, görməmişsən və s.

Feilin lazım, bəzən də vacib şəklinin inkarı –ma2 şəkilçisi ilə yox, deyil sözü ilə düzəlir: alasl deyil, getməli deyil və s.

İndiki və qeyri-qəti gələcək zamanda işlənərkən –ma2 şəkilçisindəki sait düşür. Məsələn:
oxu+yur   oxu+m+ur
yaz+ar+am   yaz+m+ar+am

Qeyd: Feilin inkar şəkilçisi –ma2 ilə isim və sifət süzəldən –ma2 şəkilçisi omonimdir. Nəzərə almaq lazımdır ki, –ma2 şəkilçisir və vurğu qəbul etmir. 
Feillərdən isim və sifət düzəldən –ma2 şəkilçisi isə Leksik şəkilçidir və vurğu altına düşür.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir