Tabelilik bağlayıcılarının mənaca növləri

Tabelilik bağlayıcılarının mənaca növləri bunlardır:
1. Səbəb bağlayıcıları: çünki, ona görə ki, ona görə də, ondan ötrü ki, onun üçün ki, buna görə də. Məsələn: Uşaq dərsə getməmişdi, çünki başı ağrıyırdı. Mən təyinatımı kəndə aldım, ona görə ki orada müəllimə ehtiyac var.

2. Şərt bağlayıcıları: əgər, hərgah, indi ki, madam ki, bir halda ki və s. Məsələn: Əgər belə oxusan, əlaçı olarsan. İndi ki sən gedirsən, mən getmirəm.

3. Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki və s: Məsələn: Hərçənd ki o, heç kimi eşitmir, yenə də xahiş edərik.

4. Aydınlaşdırma bağlayıcıları: ki, belə ki: Məsələn: Müəllim dedi ki, sabah inşa yazagaqsınız. İmtahan nəticələri yaxşıdır, belə ki, şagirdlərin çoxu müsbət qiymət alıblar.

Qeyd : Ki bağlayıcısı ilə sifət düzəldən -kı4 şəkilçisini qarışdırmamalı. Sifət düzəldən -kı4 şəkilçisi dörd cür yazılır və əsasən, zaman bildirən sözlərə artırılır: səhərki (görüş), axşamkı (qonaq) və s. Bu şəkilçi yiyəlik halda olan əvəzliklərə da qoşulur: bizimki, onlarınkı, özümüzünkü və s.

Ki bağlayıcısı həmişə mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır, ayrı yazılır və ondan sonra vergül qoyulur.

Facebook Şərhləri

4 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir