Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini) təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.
Leksikologiyada sözlərin mahiyyəti, onlarin forması və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə desək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: qələm sözünün mənası yazı alətidir. Sözün leksik mənasını bir neçə yolla izah etmək olar:Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn: azadlıq – müstəqillik, sərbəstlik.
1.Verilən sözə əks mənalı söz seçməklə. Məsələn: quzey – güney.
2.Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn: dəmirçi – metaldan müxtəlif alətlər hazırıayan peşə sahibi.
3.Sözün hissələrinin mənasını açmaqla. Məsələn: mürəkkəbqabı – içində yazı üçün mürəkkəb saxlanılan qab.
Sözun leksik mənası ilə yanaçı, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir. Məsələn: Bir qırmızı qələm cümləsində “qələm” sözü əşyanın adını, qırmızı əlamətini, bir isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır.
ƏLA işə yarayar
COX DA PIS DEYIL
Cox ğözəl😗😗
Əla oturar sözünün mənası nədir?
Bu kostyum əla oturur – yəni əsl sizin ölçünüzdü
Men qramlatik menanı başa düşmedim
Məncə çox yaxşı olub əllərinə və zehninə sağlıq Allah sennen razı olsun.
Qramatikada muğayet sözü var?
Çox sağol un
cox pis😡😡👎👎
belede yaxsidi inaniram qabagda daha yaxsi edersiz amma yaxsidi pis deyil
qrammatik sekilciler gozeldi