Sinonimlər

Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənalırı bildirən sözlərə sinonimlər deyilir. 
Məsələn: ürək – könül – qəlb, böyük – iri – yekə, odlamaq – alıçdırmaq – yandırmaq və s. Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalınsıx sinonimlərini meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə), bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab.

Sinonimləritəşkil edən sözlər eyni nitq hissəsinə aid olur.
-bi, -siz, -la, sinonim şəkilçiləri ilə yaranan sözlər də sinonim deyil. Məsələn: bivəfa – vəfasız; laməkan – məkansız.
Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur.Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.

Facebook Şərhləri

6 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir