Sinonim qoşmalar

Bəzi qoşmalar bir-biri ilə sinonimdir. Sinonim qoşmalar cümlədə biri digərini əvəz edə bilir Aşağıdakı qoşmalar sinonimdir: adlıq və yiyəlik halda qoşmalardan kimi-tək (bəzən də qədər) bir-biri ilə sinonimdir.
Yönlük halda işlənən sinonim qoşmalar kimi, -dək, -can2  və sarı, tərəf, doğru qoşmalarıdır. Əvvəl – qabaq, başqa-savayı, qeyri – özgə qoşmaları isə çıxışlıq halda işlənən sinonim qoşmalardır.

İlə – -ca2, qədər- -ca2, üçün – ötrü – görə qoşmalarıda sinonim kimi işlənə bilir. Məsələn: dağ yolu ilə – dağ yolunca,mənim qədər – mənimcə, uşaqlar üçün – uşaqlardan ötrü və s.

Sonra bəri qoşmaları cümlə daxilində sinonimlik yarada bilir. Məsələn: O zamandan sonra (bəri) Əkrəm daha buralara gəlmədi.

Facebook Şərhləri

3 comments

  1. biri digərini əvəz edə bilir. Bunu yazan dil aliminin ağzını dezinfeksiya etmək gərəkir. Sonda öyrədib başa salasan, anladan düzgün quruluş belə olmalıdı (Biri başqasını dəyişə bilir).
    Əlfatihə əla lesan-əl Azərbacaniyyə.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir