Sifət, sifətin quruluşca növləri

Sifət ümumi qrammatik mənasına görə əşyanın əlamətini və yaxud keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsələn: əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.) zahiri görkəmi (nurani, yaşlı, kök, arıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyətini, yəni dadı, xüsusiyyəti, vədrişi, mənəvi cəhətləri (məsələn: çalışqan, əliaçıq, ürəyiyumşaq, ağıllı və s.) onun keyfiyyətidir. Əşyanın rəngi də onun əlamətidir.

İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə sə sifət həmişə ismə aid olur və ondan əvvəl işləyinir.

Sifətləri müxtəlif məna qruplarına ayırmaq mümkündür:
1.Rəng bildirən sifətlər: yasıl, qırmızı, mavı və s.
2. Dad bildirən sifətlər: şirin, acı, turş, duzlu və s.
3. Həcm bildirən sifətlər: geniş, enli, böyük, balaca və s.
4. Keyfiyyət bildirən sifətlər: geniş, enli, böyük, balaca və s.
5. Zahiri görkəm bildirən sifətlər: gəşəng, göyçək, qoca və s.
6. Forma bildirənlər: qalın, yumru, uzunsov və s.

Sifətin quruluşca növləri

Sifətlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə sifətlər bir kökdən ibarət olur. Məsələn: ağ, qara, uzun, qısa, gödək, hündür, nazik, qalın və s.

Düzəltmə sifətlər isimlərin və feillərin sonuna leksik şəkilçi artırmaqla düzəlir. Hansı nitq hissəsindən düzəlməsinə görə düzəltmə sifətlər iki qrupa bölünür: isimdən düzələn sifətlər, feildən düzələn sifətlər.
İsimdən düzələn sifətlər

Bu növ düzəltmə sifətlər isimlərə aşağidakı leksik şəkilçiləri artırmaqla düzəlir:
4: maraq-lı, tərbiyə-li, su-lu, ütü-lü və s.
sız4: qaz-sız, maraq-sız, ot-suz, güc-süz və s.
cıl4: zarafat-cıl, iş-cil, söhbət-cil, qohum-cul, ölüm-cül və s.
-dakı2: kitabdakı, həyətdəki və s.
ı4: badam-ı (göz), armud-u (stəkan), gümüş-ü (saç) və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçi -yı və yi şəklində işlənir: xurma-yı, qəhvə-yi və s.
i (-vi): Yalnız ərəb və fars mənşəli sözlərə qoşulan bu alınma şəkilçi ahəng qanununa tabe olmur və bir cür yazılır: tarix-i, ailə-vi, daxil-i, dairə-vi və s.
ki, -kı, kü: qabaq-kı, çoxdan-kı, dünən-ki, axşan-kı və s. Misallardan gpründüyü kimi, bu şəkilçi, əsasən zərflərdən sifət düzəldir.
lıq4: ay-lıq, il-lik, don-luq, üz-lük və s.
4, –lıq4, –ı4 şəkilçiləri isə həm də isim düzəltdiyi üçün omonim şəkilşilərdir. Sultan-lı – isim, ağıl-lı (uşaq) – sifət, yaxşı-lıq – isim, qurban – lıq (qoç) – sifət, yaz-ı – isim, palıd-ı (rəng) – sifət və s.

Bundan başqa dilimizdə az məhsuldar olan –xor (müftəxor), -keş (qayğıkeş), bi– (bisavad), –pərvər (vətənpərvər) kimi sifət düzəldən şəkilçilər də var.

Qeyd: Sifət düzəldən –4 şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq –4, –4, –4 şəklində tələffüz olunur. Məsələn: qarlı – qarrı, buludlu – buluddu, dumanlı-dumannı və s.

 

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir