İsmin cümlədə rolu

İsimlər cümlədə rolu, daha çox mübtəda və tamamlıq olur. Ancaq isimlər başqa üzvləri vəzifəsində də işlənə bilər. Məsələn: Aqil şagirddir (mübtəda və xəbər). O, məktəbdə oxuyur (zərflik), dəmirçi dəmir qapını döyür (mübtəda, təyin və tamamlıq). Qeyd 1: Məkan mənalı bəzi isimlər cümlədə kim? sualına da cavab verə bilir. Məsələn: Azərbaycan

Oxumağı davam edin

Yerlik və Çıxışlıq hal

Yerlik hal əşya və hərəkətin yerini bildirir. İsmin yerlik halı kimə?, nədə?, harada? suallarından birinə cavab olur və -da2 şəkilçisi ilə düzəlir. Məsələn: Günay-da, Aysel-də, kitab-da, dəftər-də, bağ-da və s. Kimdə?, nədə? sualına cavab verən isim cümlədə vasitəli tamamlıq, harada? sualına cavab olan isim isə zərflik olur.

Oxumağı davam edin

Təsirlik hal

Təsirlik hal hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. ismin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik bildirən təsirlik hal. Müəyyənlik bildirən təsirlik hal kimi?, nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir. Bu növ təsirlik halda işlənən isimlər -ı4

Oxumağı davam edin

Yönlük hal

Hərəkətin yönünü, istiqamətini, son nöqtəsini bildirir. İsimlər yönlük halda kimə?, nəyə?, haraya? suallarından birinə cavab olur və -a2 şəkilçisini qəbul edir. Məsələn: O, Anar-a (ata-ya) baxır – kimə? Mən qrafin-ə (güzgü-yə) yaxınlaşıram – nəyə? Qız məktəb-ə (Şəki-yə) şatır – haraya? və s. Sonu a, ə açıq saitləri ilə bitən isimlərin

Oxumağı davam edin

İsmin hallanması – Adlıq hal

İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni nüəyyən qrammatik şəkilçilər qəbul edir. İsimlərin əlaqəyə girdiyisözlərin tələbi ilə dəyişməsi hallanma adlanır. Dilimizdə ismin altı halı var. Hər bir hal ozünəməxsus suallari və xüsusiyyətləri ilə seçilir. Adliq hal Adlıq hal – İsimlərin başlanğıc formasıdır. Adlıq halı sözlər kim? nə?

Oxumağı davam edin

İsmin mənsubiyyətə görə dəyişməsi

Dilimizdəki isimlər əşyanın şəxsa (kimə və ya nəyə) mənsub olmasına görə dəyişir. Bu dəyişmə mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranır. əşyanın hansı şəxsə mənsubluğunu, aid olduğunu bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri əşyanın I, II və III şəxslərə mənsub olduğunu bildirir. Buna aşağıdakı cədvəldə aydın görmək olar:

Oxumağı davam edin

Tək və cəm isimlər

İsimlər kəmiyyətcə tək və cəm olur. İsimlər cəmdə olarkən – lar2 şəkilçisini qəbul edir: kitablar, insanlar, evlər, şagirdlər və s. Bu şəkilçi qoşulduğu sözün son samitindən asılı olaraq, fərqli şəkillərdə -rar2, -nar2, -dar2 kimi tələffüz olunur: qatarlar – qatarrar, şəhərlər – şəhərrər, buludlar – bulutdar və s.

Oxumağı davam edin

Ümumi və xüsusi isimlər

İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür: 1. Ümumi isimlər 2. Xüsusi isimlər Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.Məsələn: insan, ağac, ot, gül, çiçək, daş, quş, balıq, dəftər və s. Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir. Xüsusi isimlərə, əsasən, aşağıdakılar daxildir:

Oxumağı davam edin

Mürəkkəb isimlər

Mürəkkəb isimlər aşağıdakı bir neçə yolla alınır: 1. İki (bəzən də üç) müxtəlif mənalı sözün birləşməsi yolu ilə. Bu yolla yaranan mürəkkəb isimlər bir vurğu altında deyilir və bitişik yazılır. Məsələn: baramaqurdu, sacayaq, balıqqulağı, yerkökü, suiti, əlüzyuyan, aşzüzən, soyad və s. Belə mürəkkəb isimlərdə, adətən, vurğu ikinci sözuün uzərinə düşür.

Oxumağı davam edin

Feildən düzələn isimlər

Feildən düzələn isimlər -iş4 (-ş) şəkilçisi feil köklərinə qoşularaq, hal-vəziyyətlə, hərəkətlə bağlı isimlər düzəldir.  Bax-ış, anla-yış, qaç-ış, gəl-iş, düzəl-iş, göstər-iş, dur-uş, vur-uş, gül-üş, döy-üş, tanı-ş və s. -aq2 (-q, -k) şəkilçisi ilə müxtəlif mənalı isimlər düzəlir: yat-aq, qaç-aq, dara-q, sına-q, yama-q, istə-k, ələ-k, bəzə-k və s. -ma2 şəkilçisi ilə feil

Oxumağı davam edin