Feilin təsriflənən formaları və şəkilləri

Feillər şəxsə, kəmiyyətə və zaman görə dəyişib, dəyişməməsinə görə iki qrupa bölünür. Təsriflənən formalarTəsriflənməyən formalar.
Feilin şəxsə və kəmiyyətə görə dəyişən formalarına feilin təsriflənən formaları deyilir. Feilin təsriflənən formalarına feilin şəkilləri daxildir.

Feilin şəkilləri

Feilin şəkilləri danışan (haqqında danışılan) şəxsin görülən işə, hərəkətə münasibətini bildirir. Feilin altı şəkli var:
1.Əmr şəkli
2. Arzu şəkli
3. Lazım şəkli
4. Xəbər şəkli
5. Vacib şəkli
6. Şərt şəkli

Əmr şəkli

Feilin əmr şəkli əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir. Əmr şəklinin xüsusi şəkilçisi yoxdur. Feil kökünə və ya başlanğıc formasına aşağıdakı şəxs şəkilçilərini (II şəxsin təkindən başqa) artırmaqla düzəlir (feil+səxs şəkilçisi = əmr şəkli).
I şəxs tək: –ım             cəm: –aq2
II şəxs tək: –                     cəm: –ın4
III şəxs tək: –sın4            cəm: –sın4  +lar2

Məsələn: Məz yazım, gəlim, oxuyum, görüm və s.
Sən yaz, gəl, oxu, gör və s.
O yazsın, gəlsin, oxusun, görsün və s.
Biz yazaq, gələk, oxuyaq, görək və s.
Siz yazın, gəlin, oxuyun, görün və s.
Onlar yazsınlar, gəldinlər, oxusunlar, görsünlər və s.

Feilin əmr şəkli məzmunca gələcək zamanı bildirir.

Xəbər şəkli

Feilin xəbər şəkli işin nə zaman və kim tərəfindən görüldüyünü bildirir. Xəbər şəklinin xüsusi şəkilçisi yoxdur.
Zaman və şəxs şəkilçiləri ilə düzəlir (feil+zaman şəkilşisi+şəxs şəkilçisi = xəbər şəkli). Məsələn: aldım, aldın, aldı, alıram, alırsan, alır və s.
Feil xəbər şəklində keçmiş, indiki və gələcək zamanlara və şəxsə görə dəyişir.

Keşmiş zaman

İş və hərəkətin danışılan vaxtından əvvəl baş verdiyini bildirir. Keçmiş zamanın iki növü var: şühudi keçmiş zamannəqli keçmiş zaman.
Şühudi keçmiş zaman iş və hərəkətin keçmişdə icra olunub-olunmadığını qəti şəkildə bildirir. Feilin kökünə və ya başlanğıc formasına –4 şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir: yazdım, yazdın, yazdı, yazdiq, yazdınız, yazdılar və s.
Nəqli keşmiş zaman iş və hərəkətin keşmişdə icra olunub-olunmadığının nəticəsini nəql-nağıletmə yolu ilə bildirir. Nəqli keçmiş zaman –mış4 şəkilçisi ilə düzəlir: gəlmişəm, gəlmişsən, gəlmişgəlmişdir, gəlmişik, gəlmişsiniz, gəlmişlər. Nəqli keçmiş zaman II və III şəxslərdə –ıb4 şəkilçisi ilə düzəlir: alıbsan, alıbsınız, gəlibsən, gəliblər və s. -ıb4 şəkilçisi ilə də düzələn nəqli keçmiş zamanın III şəxsin təkində şəxs sonluğu işlənə də bilər, işlənməyə də. II şəxsin təkində və cəmində yazıda və tələffüzdə –mış4 şəkilçisinin son samiti bəzən buraxılır: almışsan=almisan, almışsınız=almısınız və s.

Qeyd: Ağardın, yoxladın tipli bəzi feillər var ki, onları vurğudan asılı olaraq feilin əmr şəkli və ya şühudi keçmiş zamanında düşünmək olar. Nümunələrə diqqət yetirək.

1.Sən niyə ağardın?            2. Divarı ağadrın
3. Deyilənləri yoxladın?     4. Bütün sənədləri yoxladın

Bu nümunələrdən görünür ki, I və III cümlələrdəki feillər şühudi keşmiş zamanda, II və IV cümlələrdəki feillər isə əmr şəklindədir.

İndiki zaman

İş və hərəkətin danışılan zaman baş verdiyini bildirir. Feil kökünə və ya feilin başlanğıc formasına –ır4 şəkilçisini və ya şəxs şəkilçilərini artırmaqla düzəlir: yazıram, yazırsan, yazır, yazırıq, yaziırsınız, yazırlar, oxuyuram, oxuyursan, oxuyur, oxuyuruq, oxuyursunuz, oxuyurlar və s. İndiki zamanın inkarında –ma2 şəkilçisi saitini itirir. Məsələn: yazmıram, yazmırsan, yazmır,yazmırıq, yazmırsınız, yazmırlar.

Gələcək zaman

İş və hərəkətin danışılan zamandan sonra icra olunub-olunmayacağını bildirir. Gələcək zamanın iki növü var: Qəti gələcək zamanqeyri-qəti qələcək zaman.

Qəti gələcək zaman iş və hərəkətin gələcəkdə  icra olunub-olunmayacağını qəti şəkildə bildirir, -acaq2 şəkilçisi ilə düzəlir: alacağam, alacaqsan, alacaq, alacağıq, alacaqsınız, alacaqlar və s.

Qeyri-qəti gələcək zamanda iş və hərəkətin gələcəkdə  icrası qəti şəkildə bildirilmir. Feillərə –ar2 şəkilçisini artırmaqla düzəlir: yazaram, yazarsan, yazar, yazarıq, yazarsınız, yazarlar və s.

a, ə saiti ilə bitən feillərin qeyri-qəti gələcək zamanda bəzən –ar2 şəkilçisinin saiti düşür: başlaram, gözlərsən, işlərik, saxlaram, istərəm və s.

Arzu şəkli

Feilin arzu şəkli iş və hərəkətin gələcəkdə  icrasının arzu olunduğunu bildirir.
Arzu səklinin özünəməxsus şəkilçisi vardır: –a2. Bu şəkilçi feil köklərinə (və ya feilin başlanğıc formasına) artırılır. Feilin bu şəklinin şərti sxemi belədir: (feil+ –a2+səxs şəkilçisi = arzu şəkliyazam, yazasan, yaza, yazaq, yazasınız, yazalar və s. Oxu, işlə kimi saitlə bitən feillərdə bu şəkilçinin əvvəlinə y bitişdirici samiti artırılır. Arzu şəklində şox vaxt gərək, kaş sözləri işlənir:  gərək (kaş) biləm, gərək (kaş) gedəsinz və s.

Qeyd: Əmr və arzu şəklində I şəxsin cəmi formaca eyni olur. Məsələn: gələk. Ancaq nəzərə alınmalıdır ki, əmr şəklində bu sözdəki –ək bütövlükdə şəxs sonluğudur; gəl-ək. Arzu şəklində isə –ə arzu şəklinin şəkilçisi –k isə şəxs şəkilçisidir: gəl-ə-k. Yəni burada yalnız formal oxşarlıqdan danılışa bilər.

Vacib şəkil

Feilin vacib şəkli gələcəkdə  icra ediləcək işin zəruriliyini, vacibliyini bildirir, -malı2 şəkilçisi ilə düzəlir. Feilin bu şəklinin şərti sxemi belədir: (feil+ –malı2+şəxs şəkilçisi = vacib şəkli) al+malı+yam, al+malı+san, al+çalı+yıq, almalısınız, almalıdırlar və s. Feilin bu şəklinin inkarı həm -ma2, həm də deyil sözü ilə düzəlir. Məsələn: gəl+mə+məli+yəm, gəl+məli deyil+əm.

Lazim şəkil

Feilin lazım şəkli gələcəkdə icra ediləcək işin lazım olduğunu bildirir, feillərə -ası2 şəkilçisini artırmaqla düzəlir (feil+ –ası2+şəxs şəkilçisi=lazım şəkil): at+ası+yam, at+ası+san, atasıdır, atasıyıq, atasısınız, atasıdırlar və s.
Felin lazım şəklinin inkarı yalnız deyil sözü ilə işlənir: atası deyiləm, gələsi deyilik və s.

Şərt şəkli

Feilin bu şəklində bəzən əgər bağlayıcısı da işlənir: əgər oxu+sa+sa+m, əgər gəl+sə+n və s.
Feil şəkilçilərinin əlamətləri (şəkilçiləri) qrammatik şəkilçilərdir.

 

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir