Bağlayıcı – cümlə üzvləri və ya cümlələr (bəzən də abzaslar) arasında əlaqə yaradan,onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir.
Cümlədəki vəzifəsinə (sintaktik vəzifəsinə) görə bağlayıcılar iki növə bölünür: tabesizlik bağlayıcıları, tabelilik bağlayıcıları.
Tabesizlik bağlayıcıları həm sadə cümlədə, həm də tabesiz mürəkkəb cümlələrdə işlənir. Sadə cümlələrin həmcins üzvlərini, tabesiz mürəkkəb cümlələrin isə tərkib hissələrini bir-birinə bağlayır.
Tabelilik bağlayıcıları isə yalnız tabeli mürəkkəb cümlələrdə işlənir və onların tərkib hissələrini bir-birinə bağlayır.
Bağlayıcıların mənaca növləri
Tabesizlik bağlayıcılarının mənaca aşağıdakı növləri var:
1.Birləşdirmə bağlayıcıları: və, ilə (-la, -lə). Məsələn: Sagird üçün nizam-intizam və çalışqanlıq başlıca şərtdir. Aliyə ilə Aydın bir sinifdə oxuyurlar.
Və bağlayıcısı istər sadə cümlənin həmcins üzvlərini, istərsə də tabesiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlayır. Məsələn: Günay və Aysu rəfiqədirlər (sadə cümlə). Zəng vuruldu və şagirdlər sinfə daxil oldular (tabesiz mürəkkəb cümlə).
İlə bağlayıcısı isə yalnız sadə cümlənin həmcins üzvlərini bir-birinə bağlayır.
2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, fəgət, halbuki, isə. Məsələn: Qonaq onu tanıdı, amma (ancaq, lakin) heç nə demədi.
3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə, istərsə də, yaxud. Məsələn: Ya yaz, ya da diqqətlə qulaq as. Gah gün çıxırdı, gah da yağış yağırdı. İstər şagirdlər, istərsə də müəllimlər bir mövzunu çox xoşlayırlar.
4. İştirak bağlayıcıları: həm, həm də, həm də ki, nəinki, o cümlədən, hətta, habelə, həmçinin, da-da (də-də), da, də. Məsələn: Uşaq həm gündüzlər, həm də gecələr dincəlmir. Bütün kənd camaatı, hətta qocalar düşmənə qarçı vuruşur. Baba da, nənən də sevinirdi. İclasda kadr məsələsi də müzakirə olundu. Onlar da zəlzələdən zərər çəkənlərə yardım göndərdi.
5. İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Uşaq nə yazır, nə dƏ oxuyur. Bu bağlayıcıların işləndiyi cümlələrin xəbəri təsdiqdə olur.
6. Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn. Məsələn: Bakının zəngin sərvəti, yəni nefti var. O, bir çox şairlərin, məsələn – Füzulinin və Nəsiminin şeirlərini əzbər bilir.[:en]Bağlayıcı – cümlə üzvləri və ya cümlələr (bəzən də abzaslar) arasında əlaqə yaradan,onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir.
-ki bağlayıcısı Tabelilik bağlayıcısıdır, bu mövzuya bax — Tabelilik bağlayıcıları
Bağlayıcıların quruluşca növləri
Əladı Yaxşl Başa SaLır
Əla
Men istediyim sualin cavabini tapdim.
Ki, hansina aiddir???
burada
Ela basa salıb
Çoxxxxxxxxxxxxxxxxxzzxxxxx gozj👍👍👍🌼🌼🌼🌼🌼🌼💖💖💖💟💟
gəşəngdi play storede proqramınız var?
Çox gözəl və aydın formada yazılıb, mənə kömək etdi 😽🤗🤗
Sağolun
Eladı melumatlana bildim teşekkürler👍👍❤️❤️🇦🇿
cox ela super kimi bir sey
Tapşırıqları yazmağıma Lömək etdi Təşəkkürlər
Heç işimə yaramadı.
Cox ela mənim sabaha imtahanım var bu mənə kömək etdi
Cox sagolun,cox komek oldu🤗😊😊