Zərf və başqa nitq hissələri kimi işlənə bilən ortaq sözlər

Dilimizdəki zərflərin bir hissəsi başqa nitq hissələri ilə ortaq sözlərdən ibarətdir. Belə sözlər cümlədəki vəzifəsindən asılı olaraq, həm zərf, həm isim; həm zərf, həm sifət; həm zərf, həm say; həm zərf, həm də qoşma ola bilər. Həmin sözlər, əsasən, aşağıdakılardir:

1.Gecə, gündüz, axşam, səhər sözləri həm isim, həm də zaman zərfi ola bilər. Belə sözlər nə? sualına cavab olduqda isim, nə zaman? sualına cavab olduqda isə zərf olur. Məsələn: Gecə (nə?) gündüzdən (nədən?) sərin olur – isim. Kəndə gecə (nə zaman?) yola düşürük – zərf.

2. Yaxşı, pis, iti, açıq, gözəl, cəld və s. kimi sözlər həm sifət, həm də tərzi hərəkət zərfi ola bilir. Məsələn: Yaxşı (necə?) övlad üz ağardır – sifət. Uşaq dərslərini yaxşı (necə?) bilir – zərf. Aşıq (hansı?) qapı bizimkidir – sifət. Mənimlə açıq (necə?) danış – zərf və s.

Belə sözlər əşyanın əlamətini bildirdikdə sifət, feilə aid olduqda isə zərf olur. Bundan əlavə sifət hansı? sualına da cavab verə bildiyi halda (yuxarıdakı nümunədə olduğu kimi), zərf bu suala cavab olmur.

3. Az, çox, xeyli, bir qədər, az-şox,bir az və s. kimi sözlər həm say, həm də miqdar zərfi ola bilir. Belə sözlər cümlədə ismə aid olduqda say, feilə aid olduqda isə zərf olur. Məsələn: Otaqda az uşaq var – say. Bu gün az işlədik – zərf. Meşədən bir az odun yığın – say. Bir az dincəlin – zərf və s.

4. Əvvəl, sonra sözləri həm zaman zərfi, həm də qoşma kimi işlənə bilir. Belə sözlər müstəqil suala cavab verdikdə zərf, qoşulduğu sözlə birlikdə suala cavab verdikdə isə qoşma olur. Məsələn: Əvvəl (nə zaman?) düşün, sonra (nə zaman?) danış – zərf. Səndən əvvəl (nə zaman?) də bu sualı mənə vermişdilər – qoşma və s.
Bundan əlavə -la2 şəkilçisi ilə düzələn zərflər ilə qoşmasının ixtisar forması olan -la2 ilə işlənən isimlərə bənzəyir. Məsələn: O, təəccüb (necə?) soruşdu-zərf. Uşaq qələm (qələm ilə-nə ilə?) yazır – isim.

Zərflər cümləd, əsasən, zərflik olur.

Yer zərfləri bütün cümlə üzvləri ola bilir. Məsələn: Aşağı (hara? – mübtəda) qaranlıq idi. Düşmənlər irəlidədir (haradadır? – xəbər). Yuxarını (haranı? – tamamlıq) təmiz saxla. Geri (haraya? – yer zərfliyi) qayıtma. Yuxarı (hansı? – təyin) otaq çox isti idi.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir