Yönlük hal

Hərəkətin yönünü, istiqamətini, son nöqtəsini bildirir. İsimlər yönlük halda kimə?, nəyə?, haraya? suallarından birinə cavab olur və -a2 şəkilçisini qəbul edir. Məsələn: O, Anar-a (ata-ya) baxır – kimə? Mən qrafin-ə (güzgü-yə) yaxınlaşıram – nəyə? Qız məktəb-ə (Şəki-yə) şatır – haraya? və s.

Sonu a, ə açıq saitləri ilə bitən isimlərin yönlük halda tələffüzü həmin sözlərin yazılışından fərqlənir. Həmin saitlər tələffüzdə ahəngə uyğun olaraq qapalı saitlərdən birinə keçir. Məsələn: babaya – (babıya), nənəyə – (nəniyə), Şuşaya – (Şuşuya) və s.

Kimə? nəyə? suallarına cavab olan isimlər cümlədə vasitəli tamamlıq, haraya? sualına cavab verən isimlər isə zərflik olur. Bu haldakı sözlər xəbərlik şəkilçiisi qəbul edərək kimədi? nəyədir? harayadır? suallarına cavab verdikdə isə cümlənin ismi xəbəri olur.

Yönlük hallı sözlər və ya bu sözlərin əsas tərəf olduğu birləşmələr cümlədə bəzən məqsəd zərfliyi vəzifəsində də çıxış edə bilir: Məsələn:  O, Bakiya işləməyə gedir. Min namə yaz bir gülüzrın eşqinə və s.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir