Xəbər şəklinin zamanları

Xəbər şəklinin keçmiş zamanı

İş və hərəkətin danışılan vaxtdan əvvəl baş verdiyini bildirir. Keçmiş zamanın iki növü var: şühudi keçmiş zaman və nəqli keçmiş zaman.
Şühudi keçmiş zaman iş və hərəkətin keçmişdə icra olunub-olmadığını qəti şəkildə bildirir. Feil kökünə və ya başlanğıc formasına -dı4 şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir: yaz-dı-m, yaz-dı-n, yaz-dı-lar və s.

Nəqli keçmiş zaman iş və hərəkətin keçmişdə icra olunub-olmadığının nəticəsini nəql-nağıletmə yolu ilə bildirir. Nəqli keçmiş zaman -mış4 şəkilçisi ilə düzəlir: gəl-miş-əm, gəl-miş-sən, gəl-miş-ik, gəl-miş-siniz və s. Nəql keçmiş zaman II və III şəxslərdə -ıb4 şəkilçisi ilə də düzəlir: al-ıb-san, al-ıb-sınız, gəl-ib-lər və s. -ıb4 şəkilçisi ilə də düzələn nəqli keçmiş zamanın III şəxsin təkində şəxs sonluğu işlənə də bilər, işlənməyə də. II şəxsin təkində və cəmində yazıda və tələffüzdə -mış4 şəkilçisinin son samiti bəzən buraxılır: al-mış-san =al-mi-san və s.

Qeyd: Ağardın, yoxladın tipli bəzi feillər var ki, onları vurğudan asılı olaraq feilin əmr şəkli və ya şühudi keşmiç zamanında düşünmək olar. Nümunələrə diqqət yetirək.

1. Sən niyə ağardı`n?                              2. Divarları ağa`rdın.
3. Deyilənləri yoxladı`n?                         4. Bütün sənədləri yoxla`dın.

Bu nümunələrdən görünür ki, I və III cümlələrdəki feillər şühudi keçmiş zamanda, II və IV cümlələrdəki feillər isə əmr şəklindədir.

İndiki zaman

İş və hərəkətin danışılan zaman baş verdiyini bildirir. Feil kökünə və ya feilin başlanğıc formasına -ır4 şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir: yaz-ır-am, yaz-ır-san, oxu-yur-am, oxu-yur-lar və s. İndiki zamanın inkarında -ma2 şəkilmisi saitini itirir. Məsələn: yaz-m-ır-am və s.

Gələcək zaman

İş və hərəkətin danışılan zamandan sonra icra olunub-olunmayacağını bildirir. Gələcək zamanın iki növü var: Qəti gələcək zamanqeyri-qəti gələcək zaman.

Qəti gələcək zaman iş və hərəkətin gələcəkdaicra olunub-olunmayacağınl qəti şəkildə bildirir, -acaq2 şəkilçisi ilə düzəlir. al-acağ-am, al-acaq-san, al-acaq-dır və s.

Qeyri qəti gələcək zamanda iş və hərəkətin gələcəkdə icrası qəti şəkildə bildirilmir. Feillərə    -ar2 şəkilçisini artırmaqla düzəlir: yaz-ar-am, yaz-ar-san,yaz-ar və s.

a,ə saiti ilə bitən feillərin qeyri-qəti gələcək zamanda bəzən -ar2 şəkilçisinin saiti düşür: baş-la-r-am, işlə-r-ik, saxla-r-am və s.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir