Azərbaycan dilində vurğunun uç növü vardır: heca vurğusu, məntiqi vurğusu (söz vurğusu), həyəcanlı vurğusu.
Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətlə deyilməsi heca vurğusu adlanır.
Üzərinə vurgu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: şahi`n, Azərbayca`
n, azadlı`q, atla`
z, epilo`q, kassi`r və s.
Bu prinsip bir çox alınma səzlərdə pozulur. a`tlas, a`gent, e`kspert, dramaturgi`ya, kassi`r və s.
Bayaq, dü
nən, bildir, necə, sanki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, eləcə də çoxaltma dərəcəsində olan sifətlərdə vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır.
Bəzi sözlərdə vurğunun yerini dayişməsi ilə məna da fərqlənir. Məsələn: alın (isim) – alın (feil)Ş dimdik (isim) – dimdik (sifət).
Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci hecanın, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: qərənfil, qərənfil, qərənfil. Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzırinı düşür.
Qeyd: Yuxarıda qeyd olunduğu kimi, dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd, hakim, memar, məna, sölə və s. Bu sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saittin uzun tələffüz olunması heç də o demək deyil ki, həmin heca vurğulu olmalıdır.
Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür. Məsələn: sonra – so:ra, bəzi – bə:zi, bəzən – bə:zən, yəni – yə:ni və s.
Qeyd 2: Xitab mövqeyində işlənən sözlərdə vurğunun yeri dəyişə bilir. Məsələn:
Bilirsən, Vidadi, sözün doğrusu
Olmaq istəmirəm vicdan oğrusu.
Əslində Vidadi sözündə vurğu son hecaya düşür, lakin bu nümunədə, ğöründüyu kimi, vurğu ikinci hecaya düşmüşdür.
Qeyd 3: Sözdə vurğunun yeri orfoepik norma ilə nizamlansa da, fonetik təhlil zamanı sözün vurğusu sözün yazılışı əsasında müəyyənləşir.
Cümlədəki sözlərdən birinin digərinə nisbətən qüvvətli tələffüzünə məntiqi vurğu deyilir.
Məsələn: Günel səninlə danışacaq. Sənınlə Günel danışacaq. Günel səninlə danışacaq.
Hiss və həyacanları ifadə etmək üçün cümlədə və ya abzasda sözün, yaxud ifadənin qeyri-adi şəkildə tələffüz olunmasına həyəcanlı vurğu deyilir.
Qarşılamarsan
sözündə vurğu
neçənci hecaya
düşür? Niyə?
Çox sağolun mənə çox komək elədi