Əvəzliyin mənaca növləri

Əvəzliyin mənaca aşağıdakı növləri vardır:

Şəxs əvəzlikləri
İsmin yerində işlənən və kim? nə? suallarına cavab verən əvəzliklərə deyilir. Şəxs əvəzlikləri kəmiyyətcə tək cəm olur və şəxsə görə üç növə bölünür:
 
I şəxs (danışan): təkdə – mən, cəmdə – biz
II şəxs (dinləyən):% təkdə – sən, cəmdə – siz
III şəxs (haqqında danışılan): təkdə – o, cəmdə – onlar.

 III şəxsi bildirən əvəzliklər yalnız insana aid olur və kim? sualına cavab verir. III şəxsi bildirən əvəzlik isə həm insana, həm də heyvana və cansızlara aid ola bilir. Məsələn: Qoyun ev heyvanıdır. O, ildə bir, bəzən də iki bala verir. Yaqut qiymətli daşdır. O, Bədəxşanda olur və s. III şəxsi bildirən əvəzliklər heyvana və cansızlara aid olduqda nə? sualına cavab verir. Deməli, şəxs əvəzliyi heç də həmişə insana aid olmur. Burada şəxs sözü qrammatik mənadadır. 

Şəxs əvəzliklərinin aşağıdakı xüsusiyyətləri var:

1. Şəxs əvəzlikləri quruluşca yalnız sadə olur.
2. Şəxs əvəzlikləri isim kimi hallanır. Mənbiz əvəzlikləri hallandıqda yiyəlik halda    -in şəkilçisi əvəzinə -im şəkilçisini qəbul edir. Müqayisə edin: vətən ismi yiyəlik halda vətən+in olur, mən əvəzliyi isə eyni halda mən+im olur.
3. Şəxs əvəzlikləri cümlədə, əsasən, mübtəda, tamamlıq, xəbərlik (şəxs) şəkilçisi qəbul etdikdə isə xəbər olur.

Qeyd: Bizim sizin şəxs əvəzlikləri III növ təyini söz birləşmələrinin I tərəfi olduqda II tərəf mənsubiyyət şəkilçisiz işlənərsə, bu sözlər cümlə üzvü kimi təyin olur. Məsələn: Bizim (hansı?) məktəb şəhərin mərkəzində yerləşir. 

Qeyd 2. Hər üç şəxsin cəmində olan şəxs əvəzlikləri cümlədə yer, məkan mənasını bildirərsə, cümlənin yer zərfliyi olur. Məsələn: Sabah bizə (haraya?) gələrsən. 

4. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir.
5. Şəxs əvəzliklərindən bizsiz cəm şəkilçisi ilə işlənə bilir. Məsələn: Bizlər bu dünyaya qonaq gəlmişik. Sizlər bizim əziz qonaqlarımızsınız.

Mən ,sən, o şəxs əvəzliklərinin qəbul etdikləri çıxışlıq hal şəkilçisi -dan2 (-nan2) şəklində tələffüz olunur. məndən – mənnən, səndən 0 sənnən, ondan – onnan və s.

Qeyri-müəyyən əvəzliklər

İşarə əvəzlikləri

 

 

Facebook Comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir