Əvəzliyin cümlədə rolu və morfoloji təhlil qayadası

 

Əvəzliyin cümlədə rolu

Əvəzlik cümlədə bütün cümlə üzvləri vəzifəsində işlənir. Şəxs, qeyri-müəyyən əvəzlikləri mübtəda, tamamlıq və ismi xəbər; işarə əvəzlikləritəyini əvəzliklər, əsasən, təyin və ismi xəbər; sual əvəzlikləri isə bütün cümlə üzvləri olur.

Əvəzliyin morfoloji təhlil qaydası

Əvəzlik aşağıdakı qaydada morfoloji təhlil olunur:

1. Hansı nitq hissəsini əvəz etməsi və sualı;
2. Quruluşca növü;
3, Mənaca növü;
4. Halı, mənsubiyyət şəkilçisi (əgər varsa);
5. Cümlədə rolu.

Bir nümunə: O, sinifdə hamidan biliklidir. O – ismin yerində işlənmişdir, kim? sualına cavab olur. Quruluşca sadədir, şəxs əvəzliyidir. Adlıq haldadır, cümlədə mübtədadır.
Hamıdan – ismi əvəz etmişdir, kimdən? sualına cavab olur. Quruluşca sadəsir, qeyri-müəyyən əvəzlikdir. Cıxışlıq haldadır, cümlədə tamamlıqdır.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *