Üslubiyyat – Üslub haqqında

Üslub – dil vasitələrindən məqsədyönlü şəkildə istifadə üsuludur.
Üslubları öyrənən dilçilik bölməsi üslubiyyat adlanır. Üslublar həm ümumi, ictimai baxımdan, həm də xüsusi, fərdi baxımdan özünü göstərir. Birinci halda, yəni ümumi, ictimai məzmun daşıdıqda funksional üslublar ortaya çıxır. Funksional üslublar milli ictimai təfəkkürün müxtəlif sahələrini əhatə edir, buna görə də bir neçə növə bölünür. Funksional üslublar bütövlükdə ədəbi dili təşkil edir. Ədəbi dilin normaları (fonetik, leksik, qrammatik) bütün funksional üslublar üçün məcburidir.

Fərdi üslub xüsusi səciyyə daşıyır və əsasən, bir görkəmli şair və ya yazıçıya aid olur. Məsələn, Füzuli üslubu, Sabir üslubu və s. Fərdi üslub bəzən bir qrup şair və ya yazıçıya da aid ola bilir. Məsələn: Molla Nəsraddinçilər üslubu.

Dilin üslubu imkanları nə qədər genişdirsə, dil də bir o qədər zəngindir.

Qeyd: Üslubiyyatla müqayisədə “üslub” anlayışı daha geniş məzmun daşıyır. Üslubiyyat ancaq dilçilik anlayışı olduğu halda, üslub ədəbiyyat və incəsənət sahələrinə də aiddir. Məsələn: romantik üslub, Xan Şuşinski üslubu və s.

Facebook Comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir