İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür:
1. Ümumi isimlər
2. Xüsusi isimlər
Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.Məsələn: insan, ağac, ot, gül, çiçək, daş, quş, balıq, dəftər və s.
Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir. Xüsusi isimlərə, əsasən, aşağıdakılar daxildir:
- İnsan adları, soyadlar, təxəllüs və ləqəblər
- Coğrafi və astronomik adlar.
- Qəzet, jurnal və əsər adları.
- Heyvanlara verilən xüsusi adlar
Xüsusi isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn: “Aygün” (əsər), “Azərbaycan” (jurnal), “Alov” (zavod), “Vətən” (cəmiyyət) və s.
Bəzi ümumi isimlər və adlar xüsusi isimlərə keçə bilər. Məsəslən: arzu, fərəh, ilham, səadət, yaqut, vəfa, səadət, vüsal, bülbül və s. ümumi isimlər şəxs adı (bəzən də restoran, mağaza, kinoteatr) bildirdikdə xüsusi isim olur.
Bəzi hallarda isim olmayan sözlər də xüsusi ismə keçə bilər. Məsələn: Coşqun, Qorxmaz xüsusi isimləri müvafiq olaraq sifətdən və feildən keçmişdir.
Nadir hallarda əks hal da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir. Məsələn: Şampan Fransada tarixi əyalətin adıdır, şampan isə spirtli içkinin adıdır.
Bəzən ümumi isimlər məntiqi vurği ilə deyildikdə və xüsusi məqsədlə nəzərə çarpdırıldıqda böyük hərflə yazıla bilər: Sənin torpağına, daşına qurbanam, Vətən!
Prifet kakdela
Əlllləaaa.
naxçıdı məlimə mənə ulduz 5 verdi oyeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
Salam çox gözəl saytdır’ teşekkür.
haradan bilim ?
xeyr təkrar etməmişəm ?
haradan bilim ?
Anladım bəli çox sağ olun
Şəfəü günəş ulduz ıalə çiçək gül səadaət vs bunlar xüsusi isimlərdir