Test sualları

71. Biri sadə sözdür:
A) tibbi   B) dövrü   C) elmi   D) sivri   E) həyati

72.4 şəkilçisi ilə düzələn sözləri göstərin:
A) darı, göyərti, duru
B) ölçü, qorxu, sancı
C) sarğı, sağın, hörgü
D) bədii, elmi, kütləvi
E) xəlqi, səliqəli, hörgü

73. Birini mürəkkəb söz hesab etmək olmaz:
A) Topqapı
B) Daşburun
C) Qəzəlhacılı
D) Kəlbəcər
E) Hacıkənd

74. Quruluşuna görə biri fərqlidir:
A) qırğın  B) yorğun   C) çovğun   D) durğun   E)  solğun

75. Düzəltmə söz olan cümlələri göstərin.
1.Bura camaatın əkin yeri idi.
2. Məktəbimizdə idmançılarla görüş oldu.
3. Bu dünya bir qızıl kuzəyə bənzər.
4. Suyu gah şirindir, gah da ki zəhər.
5. Araz çayı Azərbaycanı ikiyə bölür.
A) 1.2  B) 1.3   C) 2.3   D) 1.4   E) 4.5

76. Mürəkkəb sözləri göstərin.
1.Ədəbiyyatşünas
2. Quzuqulağı
3. Ağappaq
4. Antikəşfiyyat
5. Dəftər-kitab
A) 1.3.5   B) 2.5
C) 3.4      D) 1.4
E) 2.3.4

77. Düzəltmə sözləri göstərin.
A) yumşaq, kiçik, mədəni
B) uzun, qaranlıq, saral(maq)
C) boyan(maq), daxilən, cilvəli
D) lüğəvi, mədəni, sərgi
E) yarış, çalış, yarpaq

78. Sözlərdən birini həm isim, həm də feil kimi götürmək olar:
A) daraq   B) tala    C) ələk    D) tağ   E) oyna

79. Yalnız düzəltmə sözləri göstərin:
A) çərkəzi, meydança, dahiyanə
B) dinlə, qarmala, sığalla
C) dünyəvi, çəhrayı, ictimai
D) dağıntı, qızartı, sarsıntı
E) yumşaq, kiçik, alçaq

80. Hansı söz digərləri ilə eyniköklü deyil?
A) bilik   B) biləyən   C) bildir(mək)
D) bilici   E) bildirki

Facebook Şərhləri

9 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir