61.Sözlərdən biri sadədir:
A)biçənək
B) kəpənək
C) tozanaq
D) ələk
E) döyənək
62. Hansı sözlərdən mürəkkəb söz düzəltmək olar?
A) sinif, otaq; hündür, ocaq
B) həyət, qapı; yol, kənar
C) bağa, yarpaq; öz, fəaliyyət
D) dərs, kitab; imtahan, zalı
E) soyuq, hava; aşıq, şeir
63. Vurğusu son hecaya düşən sözlərin birində -la2 şəkilçisi işlənib:
A) saxla B) dinlə
C) bağla D) ağla
E) danla
64. Tərəflərindən biri ayrılıqda işlənə bilməyən mürəkkəb sözləri göstərin:
A) kinoteatr, gecə-gündüz, oğul-uşaq
B) yır-yığış, qab-qacaq, xırda-mırda
C) bağlı-bağatlı, yol-iz, mal-qara
D) qeyri-adi, tör-töküntü, şan-şöhrət
E) səs-səmir, toz-torpaq, irili-xırdalı
65. Birinci tərəfi sifət, ikinci tərəfi isim olan mürəkkəb sözləri göstərin.
A) çoxsaylı, azyaşlı
B) dəvədabanı, pişikotu
C) ağzıbütov, diliçirin
D) hazırcavab, qaratoyuq
E) birbaşa, məqsədəuyğun
66. Biri düzəltmə söz deyil:
A) döyənək B) tozanaq
C) yamaq D) çarıq
E) sarıq
67. Eyniköklü sözləri göstərin.
A) güllü, güldan, gülünc
B) yağış, yağla, yağıntı
C) üzlü, üzdəki, üzgün
D) daşqın, daşla, daşlı
E) ovçu, ovlaq, ovla(maq)
68. Biri mürəkkəb sözdür:
A) kitabxana B) ədəbiyyatşünas
C) bəstəboy D) şöhrətpərəst
E) xeyirxah
69. Hər iki tərəfi isim olan mürəkkəb sözləri göstərin.
A) kəklikotu, suiti, söz-söhbət
B) günəbaxan, dilişirin, dərə-təpə
C) çoxsaylı, qeyri-iradi, bağayarpağı
D) hərtərəfli, axşamüstü, söz-söv
E) ağacdələn, qaragöz, üçbucaq
70. Biri mürəkkəb söz deyil.
A) silahdaş B) meşəxoruzu
C) hərdən-birdən D) hərtərəfli
E) birbaşa
Salam bu test necenci sinifdi
1c 2b 3e 4b 5-2 6 1d 2b 3A 7B 8B 9B 10 C
Gozeldi
7-ci testdə cavab tam deyil cavab belə olmalı idi anəng qanunu sözlərdə incə və ya qalın saitlərin bir-birini izləməsinə deyilir.
salam
10 sualda düz cavab C
10 a bendidir cunki montyor deyil monitor olmalidir.
salam.cavablar hardadir.tapmadim.
Test suallarina cavablat yoxdur. Cavablı tapıb, dostlarınızla müzəkirə edə bilərsiniz.
Əgər test suallarıni deyirsinizsə, bəli. C variantı.
Salam
Salam