Test sualları

51. Cümlələrdən birində yol sözü məcazi mənada işlənib:
A) Maşın geniş yola çıxdı.
B) Vətən yolunda ölmək əbədi yaşamaqdır.
C) Bu yol Şuşaya gedir.
D) Şuşadan Turşsuya gedən yola çıxdıq.
E) Biz yolun kənarında dayandıq.

52. Omonimləri göstərin.
a) ağız, göz, qol
b) üzük, ürək, könül
c) beğ, yağ, ipək
d) çəkmə, doğru, alma
e) qaz, əsər, don

53. Antonim frazeoloji birləşmələri göstərin
1.Xoşuna gəlmək, ürəyinə yaxmaq
2. Üz ağartmaq, üz qaraltmaq
3. Acığı cəlmək, zəhləsi getmək
4. Üzündən nur yağmaq, üzündən zəhər tökülmək
5. Haldan düşmək, özünə gəlmək.

54.Frazeoloji birləşmələrin sinonimliyini müəyyən edin.
1.Əldən-ayaqdan düşmək.
2. Boynundan atmaq
3. Döşünə döymək
a. nəfəsi kəsilmək
b. söz almaq
c. yiyə durmamaq
d. mənəm-mənəm demək
e. qələbə çalmaq

55. Qrammatik şəkilçi kimi qeyd olunanlardan biri səhvdir:
a) hal şəkilçiləri
b) zaman şəkilçiləri
c) şəxs şəkilçiləri
d) alınma şəkilçilər
e) cəm şəkilçilər.

56. Tərkibində leksik şəklçi olan sözlərdir:
a) bələk, təsadüfi
b) mərhəmət, qaragöz
c) məsələ, parlamaq
d) acıdil, qarşı
e) dinləmək, sərin

57. Hansı şəkilçilər bir cür yazılır?
a) -mış, -dı, -lar
b) -keş, -xana, -xah
c) ın, -a, -acaq
d) -dan, -ar, -an
e) -da, casına, -la

58. Sözlərdən hansına ön şəkilçi artırmaq olmaz?
a) insaf   b) tərəf    c) kiçik   d) razı

59. Ön şəkilçi qəbul etmiş sözləri göstərin.
1.Anormal
2. Nazik
3. Namaz
4. Lənkəran
5. Bisavad
6. Bilməcə

60. Tərkibində iki leksik şəkilçi olan sözü göstərin.
a) yarışçılar   b) bağbandan   c) durğun
d) xatırlamaq   e) calğıcı.

Facebook Şərhləri

9 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir