Test sualları

31. Leksikalogoyada nədən bəhs olunur?
a) dilin  lüğət tərkibindən
b) dilin qrammatik quruluşundan
c) dilin fonetik tərkibindən
d) dildəki nitq hissələrindən
e) dilin sintaktik quruluşundan

32. Sözün leksik mənası nə deməkdir?
a) sözün başlanğıc forması
b) sözün ifadə etdiyi birbaşa məna, yəni tələffüz zamanı yada düşən mənası
c) sözün qrammatik mənası
d) sözün morfoloji quruluşu
e) sözə şəkilçi artırılandan sonra yaranan mənası

33. Sözün leksik mənasını hansı yollarla izah etmək olar? Bir səhvdir:
a) həmin sözə yaxın mənalı söz seçməklə
b) əşyanın və hərəkətin əlamətlərini izah etməklə
c) sözə qrammatik şəkilçilər artırmaqla
d) sözün hissələrinin mənasını açmaqla
e) sözün əks mənasından istifadə etməklə

34. Çoxmənalı sözlər nəyə deyilir?
a) eyni kökdən leksik şəkilçi ilə yaranan sözlərə
b) eyni leksik məna ilə bağlı əlavə mənalar da bildirən sözlərə
c) mənaca bir-birinin əksi olan sözlərə
d) həm həqiqi, həm də məcazi mənası olan sözlərə
e) yazılışı ilə tələffüzü eyni olan, lakin müxtəlif məna bildirən sözlərə

35. Təkmənalı sözlər nədir?
a) Yalnız bir leksik mənası olan sözlərdir.
b) Yaxın mənalı sözlərdir.
c) Ümumişləklik xüsusiyyətini itirən sözlərdir
d) əks mənalı sözlərdir
e) yalnız müxtəlif ixtisas və peşə sahələri ilə əlaqədar olan sözlərdir

36. Fikirlərdən biri səhvdir:
a) Çoxmənalı sözlər bir-biri ilə müəyyən bağlılığı olan və yaxın mənaları bildirən sözləridr.
b) Çoxmənalı sözlər bu və ya digər cəhətdən bir-birinə oxşar əşyaları, yaxud oxşar əlamət və hərəkəti bildirir.
c) Dilimizdəki bütün sözlərin çoxmənanalıq xüsusiyyəti var.
d) Dilimizdəki çoxmənalı sözlərin çoxu isim, sifət və feillərdən ibarətdir.
e) Çoxmənalı söz ilkin məna ilə bağlılığını saxlayır.

37. Uyğunluğu müəyyən edin.
1. Dağ  2. Daş   3. Bel
a. omonim sözlərdir
b. Antomini var
c. Ümumişlək sözlərdir
d. Dialekt sözlərdir
e. Sinonimi var

38. Omonimlərə aid uyğunluğu müəyyən edin.
1. Əqrəb
2. Şam
3. Divan
a. Omonim sözlərdir
b. Mənaları eyni nitq hissəsinə aiddir
c. Çoxmənalılıq xüsusiyyətinə malikdir.
d. Antonimləri var.
e. Sinonimləri var.

39. Hansı cümlələrdə çoxmənalı söz işlənib?
a) Bərk dolu yağırdı. Ağzına qədər dolu vedrəni qaldırmaq istədi.
b) Uşağın beli ağrıyırdı. Beli götürüb sahəyə yollandı.
c) Uşağın beş yaşı olardı. Üst-başı tamam yaş olmuşdu.
d) Komanda üç xal qazandı. Yanaöında qara bir xal var idi.
e) Qapının ağzında dayanmışdı. Qazanın ağzını açdı.

40. Biri həm çoxmənalılıq, həm də omonimlik xüsusiyyətinə malik sözdür.
a) biz   b) qol   c) budaq   d) gəlin   e) dimdik

Facebook Comments

2 comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *