Test sualları

21. Bitki sözünün fonetik təhlilindəki səhvi göstərin.
a) 5 səs, 5 hərfdən ibarətdir.
b) 3 samit, 2 sait səsdən ibarətdir.
c)saitlərin ikisi də incə, qapalı, dodaqlanmayandır.
d) samitlərin ikisi kar, biri cingiltilidir.

22. Sözlərdən birində uzun saitlə vurğu eyni hecadadır.
a) Sabir
b) elan
c) bəzən
d) riya
e) xüsusi

23. Hansı fikir səhvdir?
a) Dil haqqında elmin “fonetika” bölməsində danışıq səslərdən danışılır.
b) Danışıq səslərin yaranmasında dil, ağciyərlər və dişlər daha fəal iştirak edir.
c) Danışıq səsləri sait və samitlərə bölünür.
d) l, m, n, r samitlərinin kar qarşılığı yoxdur.
e) a, ı, o, u qalın saitlərdir.

24. Uyğunluğu müəyyən edin.
1. Səs eyni, hərf müxtəlifdir.
2. Səs və hərf eynidir.
3. k hərfi x şəklində tələffüz olunur.

a. məşq, hüquq, əxlaq
b. tank, bank, park
c. bilik, şəlik, lələk
d. sakit, şikar, jaket
e. təşkil, müşkül, bitki

25. Səhv yazılmış sözləri göstərin.
a) daxil, zahiri
b) kəsgin, karrektor
c) vurğun, vəliəhd
d) usta, astar
e) pendir, pencək

26. Tələffüz zamanı səs artırılan sözləri göstərin.
a) müdafiə, daima
b) saat, bədii
c) zəif, səadət
d) yeddi, əla
e) radio, təəccüb

27. Zənbil sözünün fonetik təhlili ilə bağlı səhvləri göstərin.
1. Tələffüzü ilə yazılışı fərqlənmir.
2. Altı səs, altı hərfdən ibarətdir.
3. Sözdəki bütün samitlər cingiltilidir.
4. İkihecalıdır, ahəng qanununa tabedir.
5. Samitlərin hamısının kar qarşılığı var.

28. Vurğusu birinci hecaya düşən sözləri göstərin
a) sabit, labüd
b) qonşu, qonaqla
c) sapsarı, qupquru
d) nemət, nəticə
e) rahat, redaktor

29. Birini sətirdən sətrə keçirmək olmaz:
a) sait
b) şair
c) qovun
d) alim
e) əlli

30. uzun saitli sözləri göstərin.
1. kamil 2. sarışın  3. gəraylı
4. tövlə  5. dovşan  6. qaşıq
7. qasid  8. gülüş  9. abad

a) 1,3,6,7
b) 2,4,8
c) 1,4,5,7
d) 3,4,8,9
e) 2,5,7,9

Facebook Şərhləri

9 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir