Test sualları

11. Tərkibində yazılışından fərqli tələffüz olunan şəkilçilər verilmiş sözləri göstərin.
1. Kəskin, ötmək, bitki
2. Obaya, səliqəli, vergi.
3. Dağıstan, təravətli, gözəllik
4. Xalamgil, ağlağan, dala.qan
5. Vətəndən, azadlıq, küskün.

12. İntonasiyamaraqlı sözlərinin tələffüzünü müəyyən edin.
1. [intanasiya]
2. [intonasiya]
3. [maraqlı]
4. [maraxlı]

13. Hansı sözlərdə i saiti uzun tələffüz olunur?
a. işıq, ilxı, inam
b. qərinə, xəzinə, qənimət.
c) Niqar, inqilab, tikan
d) xilas, xilafət, iradə
e) icazə, intiqam, iqtisad

14. Tələffüzü ilə yazılışı eyni olan qoşasamitli sözləri göstərin.
a) tappıltı, hətta, saqqal
b) cəmiyyət, sədd, mürəkkəb
c) yeddi, millət, əvvəl
d) doqquz, əlli, rəqqas
e) müəyyən, məzəmmət, mütəkkə

15. Hansı sözlərdə nöqtələrin yerinə q yazılmalıdır?
a) qışla…da
b) buru…un
c) qona…a
d) yarpa…ı
e) da…laq

16. Hansı sözlərin sonunda cingiltili samit kar tələffüz olunur?
a) gəlin, dərin, səyyar
b) tüfəng, ağac, polad
c) qəyyum, səksən, otuz
d) evdar, real, misal
e) nərgiz, səhər, limon

17. Hansı sözlərdə vurğu birinci hecaya düşür?
a) gömgöy, dünən, oçerk
b) lirika, şair, nasir
c) ocaq, dəniz, işləmək
d) çəkic, burma, qaymaq
e) ərik, traktor, torpaq

18. Ahəng qanununa tabe olan sözlərlə bağlı uyğunluğu müəyyən edin.
1. Sabir, həyat, məlumat
2. Müəllim, böyük, əsərlər
3. Məktəb, həyat
4. Maraq, doğurmaq
5. Məzar, ziyarət

19. Tələffüzü ilə yazılışı fərqlənməyən qoşasamitli sözləri göstərin.
1. Xallı, şəffaf
2. Doqquz, amma
3. Saqqal, hətta
4. Qüvvə, zərrə
5. Rəqqasə, rəssam
A) 2.3 B) 1.4  C) 2.5   D) 1.3   E) 4.5

20 Tələffüz zamanı tərkibində yalnız açıq sait olan sözləri göstərin.
1. Babaya
2. Arabaya
3. Metroya
4. Mövqeyə
5. Taleyə

Facebook Şərhləri

9 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir