Test sualları

Azərbaycan dilinin qrammatikasına aid test suallar.

1.Toqqa sözünün fonetik təhlilindəki səhvi göztərin.
a) 5 səs, 5 hərfdən ibarətdir.
b) Saitlərin ikisi də qalın və açıqdır.
c) Samitlərin biri kar, ikisi cingiltilidir.
d) Ahəng qanunu pozulmayıb.
e) İkihecalıdır, vurğusu ikinci hecaya düşür.

2. Zavod, çəkic sözlərinin sonundakı samitin kar, yoxsa cingiltili olmasını necə müəyyən etmək olar?
a) Həmin sözlərə cəm şəkilçisi artırmaqla
b) Saitlə başlanan şəkilçi və ya söz artırmaqla
c) -dır4 xəbərlik şəkilçisi artırmaqla
d) Samitlə başlanan şəkilçi artırmaqla
e) sözdə vurğunun yerini dəyişməklə

3. Cərgələrdən birindəki sözlərlə saitlə başlanan şəkilçi artırdıqda q-ğ, k-y səs əvəzlənməsi baş verir:
a) tank, monoloq
b) park, dialoq
c) qalstuk, psixoloq
d) oçerk, bioloq
e) yorğunluq, düzənlik

4. Birinin tələffüzü zamanı səs artımı baş verir:
a) xatirə
b) hökmdar
c) ömür
d) şöbə
e) alim

5. Populyar sözünün fonetik təhlili ilə bağlı səhv fikrini müəyyən edin.
1) Sözdəki bütün saitlər qalındır.
2) İki açıq saitdən biri dodaqlanan, biri dodaqlanmayandır.
3) Samitlərdən yalnız biri kar qarşılığı olmayan cingiltili samitdir.
4) Söz lar samitlə başlayıb cingiltili samitlə bitir.

6. Uyğunluğu müəyyən edin.

1.Yazılışı ilə tələffüzü fərqlənir.
2. Yazılışı ilə tələffüzü fərqlənmir
3. Yazılışı səhvdir.

a.dalaşqan, dolğun, diksiya.
b. diapazon, diktafon, diplomat
c. dos-düşmən, dönməzlik, dördkünç
d. dasdan, damino, dossent
e. divanə, doşab, disput

7. Ahəng qanunu nəyə deyilir?
a) sözdə sait və samit səslərin növbələşməsinə
b) sözdə qalın və incə saitlərin bir-birini izləməsinə
c) sözdə incə saitlərin bir-birini izləməsinə
d) sözdə qalın saitlərin bir-birini izləməsinə
e) sözdə cingiltili samitlərin bir-birini izləməsinə

8. Uzun saitli sözləri göstərin.
a) yaxın, yelpik
b) mahir, zadəgan
c) sözlük, zərflik
d) lüğət, hesab
e) hamar, hasar

9. Birində müxtəlif səslər bir hərflə ifadə olunmuşdur:
a) könül, kərpic
b) kapitan, katib
c) qəlb, qəsd
d) kofe, kollec
e) qələm, qəşəng

10. Yazılışı səhv olan sözləri göstərin.
a) montyor, yubiley.
b) xəstəxana, xətkeş
c) kamandir, karifey
d) xətt, rədd
e) hətta, yurddaş

Facebook Şərhləri

9 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir