Tapmacalar – Silahlar

silah
Silahlara
aid tapmacalar.

1)Ağaca çıxar,
Ağzına tıxar,
Hər kəsə dəysə,
Evini yıxar.

2) Ağzı var, gerisi yox,
Dərisi var, tükü yox.

3) Alıcan quyuya düşdü, qulaqları ilişdi

4) Atdım atana,
Dəydi adama,
Ucu şiş neştər,
Uzunca təhər.

5) Atdım atana,
Dəydi kotana,
Dəryada balığa,
Düzdə ceyrana.

6) Bir ağacım var, yarpaqsız-budaqsız,
Ona çıxan qalar əlsiz-ayaqsız.

7) Bir balaca misri daşı,
Yandırar dağı-daşı.

8) Bir quşum var, balası özündən tez uçar.

9) Bi quşum var, taxta-dəmir,
Yumurtası adam dəlir.

10) Qurd quyuda, qulaqları bayırda.

11) Məmmədəli deşikdə, qulaqları eşikdə.

Cavablar

1. tufəng 2. xəncərin qını 3. xəncər və qını 4. nizə 5. tüfəng 6. qılınc 7. güllə 8.tüfəng və güllə 9. tüfəng 10. xəncər 11. qılınc

[collapse]
Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir