Tapmacalar – Mücərrəd anlayışlar

14) Mən qalıram, o gedir.

15) Mən gedərəm, o qalar.

16) Mən gedirəm, o da gedir,
Mən gəlirəm, o da gəlir.

17) Nar da var? nar da var?
Nardan şirin harda var?
Əl tutmaz, bıçaq kəsməz,
Ondan şirin harda var?

18) Nə baltadır, nə kərki,
Bütün kəsərdən iti.

19) Nə dərd bilər, nə kədər,
Mən gedərəm, o gedər.

20) Nə əli var, nə ayağı,
Nə başı var, nə qulağı,
Gah ağladar, gah güldürər.

21) O nədir, qərya kimi bulanmaz,
O olmasa, bütün dünya dolanmaz?

22) O nədir ki, yayda donar,
Qışda əriyər?

23) O nədir ki, gedər, gedər, nəhani?
O nədir ki, kəşf eyləyər cahanı?
O nədir ki, gedər, gələr, görünməz?

24) O nədir ki, uzağı yaxın eyləyər?

25) O hansı quşdur,
Yuvasından çıxdı,
Girə bilmədi?

26) Şappır-şuppur çay keçdim,
Şapırına batmadım,
Qırmızıdan don geydim,
Nişanəsin tapmadım.

Cavablar

1. Böhtan 2. Yuxu 3. Xəyal 4. Fikir 5. Yuxu 6. Yalan 7. Göz 8. Səs 9. Kölgə 10. Fikir 11. Kölgə 12. Kölgə 13. Yuxu 14. Səs 15. Ləpir 16. Kölgə 17. Yuxu 18. Ağıl 19. Kölgə 20. Söz 21. Məhəbbət, yaxşılıq. 22. Nəfəs 23. Fikir, ağıl, nəfəs 24.Fikir 25. Söz 26. Yuxu

[collapse]
Facebook Comments

One comment

Şərh yazın

Your email address will not be published. Required fields are marked *