Tapmacalar – Mücərrəd anlayışlar

mücərrəd
Mücərrəd anlayışlara
aid tapmacalar.

1)Ağac başında qora,
Bilmədən düşdüm tora,
Hər kəs bunu tapmasa,
Sorğusus getsin gora.

2) Axşam oldu, qırıldıq,
Səhər açıldı, dirildik.

3) Ahanı, ha ahanı,
Gəzər cümlə-cahanı,
İstanbuldan su içər,
Təbriz onun məkanı.

4) Bir quşum var, alanı,
Gəzər cümlə-cahanı,
Tutdum başın kəsməyə,
Nə əti var, nə qanı.

5) Bir quşum var, zirəngi,
Dağlar altda dirəngi,
Gecə qonaq gələndə,
Nə dəliyəm, Nə dəngi.

6) Bitməmiş yovşan dibində,
Doğmamış dovşan balası.

7) Quş yuvasından çıxdı,
Geri dönə bilmədi.

8) Dona bürünməz,
Gözə görünməz,
Dildən üzülməz.

9) Durub-durub əylənər,
Məni görüb bəylənər,
Adam kimi yeriyər,
Adam deyil, əylənər.

10) Əzizim, qəfəssizdir,
Bülbüldür, qəfəssizdir.
Üçanda quş tək üçür,
Canı yox, qəfəssizdir.

11) Gedər-gedər, izi yox,
Qayıdar gələr, tozu yox.

12) Göydən düşər, sınmaz,
Oda düşər, yanmaz,
Suya düşər, batmaz.

13) Gündüz gedər dolama,
Gecə gələr salama.

Facebook Comments

One comment

Şərh yazın

Your email address will not be published. Required fields are marked *