Tapmacalar-Musiqi alətləri


musiqi_alətləri
Musiqi alətlərinə
aid tapmacalar.

1.Ağac için ovaram,
Duz ağzıma qoyaram

2. Ağacda var bağırsaq,
Yel babanı çağırsaq,
Ağzın açıb ney çalar,
Süleymanı çağıraq

3. Altı cəhənnəm,
Üstü düzəngah,
Qulaqları üç,
Saçkarı ülgüc.

4. Qabırğası var, qanı yox,
Nəfəsi var, canı yox.

5. Qarğı qamış,
Ağza yapış,
Üstü deşik,
Gerisi beşik.

6. Qoz ağacın oyarlar,
İçinə tel qoyarlar,
Vaxtsız durub ağlasa,
Qulağını burarlar.

7. Dərdi qəmdən,
Təni zədən,
Əlin vursan,
Edər fəqan.

8. Ələ alsan, ağlayar,
Yerə qoysan, kiriyər.

9. İki küpə,
İki ağac,
Biri göydə,
Biri yerdə.

10. Yumru təkər,
Göylərdə gəzər.

11. O nədir ki, yetmiş iki dili var?

12. Palıdın parası,
İçinin tarası,
Onu tanımayan,
Şeytanın balası.

13. Sağsağanlar qaqqıldar,
Başı mənim əlimdə,
Doqquz qovaq dillənər,
Tacı mənim əlimdə.

14. Toyda-düyündə gəzər,
Səsi aləmi bəzər,
Qabırğası qatbaqat,
Gah yavaş, gah da bərk dart.

15. Tut ağacı, üzü pərdə,
Barmaq gəzər pərdə-pərdə,
Gah dərində, gah zərində,
Ağlar, ahu-zar dilində.

16. Üzük aldım, qaşı yox,
Təpə gördüm, daşı yox,
O nədir ki, ağlayır,
Gözlərinin yaşı yox?

17. Hürü hürünü dindirər,
Hürü pərini dindirər,
Bizim evdə üç dilsiz var,
Biri-birini dindirər.

18. Çömçə başı məndiri,
Belində var kəndiri,
Milçək qonda vızıldar,
Əl dəyəndə sizildar.

 

Cavablar

1. zurna 2. kaman 3. Saz 4. Qarmon 5. Tütək 6. Kamança 7. Ney 8. Kamança 9. Qoşa nağara 10. Qaval 11. Saz 12. Saz 13. Tar, saz 14. Qarmon 15. Tar 16. Kamança 17. Kamança, qaval, tar 18. Saz

[collapse]
Facebook Comments