Tapmacalar-Heyvanlar

28) Nər kimidir, nər deyil,
Rəngi qara, qır deyil.

29) O yanı taxta, bu yanı taxta,
Şaqqulu bəy otaqda.

30) O nədir ki, qulağından kəsilər?

31) O nədir ki, dizlərindən asılar?

32) O nədir ki, evə girməz,
Sədaqəti eldə gəzər?

33) O nədir ki, əyri ayaq, çəpbəl qulaq,
Dodağı mırıq, ağzı cırıq?

34) O nədir ki, zirzəmidə qışlağı,
Dərisi var, tükü yox?

35) O nədir ki, iynəsi çoxdur,
Sap yeri yoxdur?

36) O tayda durar, gedər,
Boynunu burar gedər,
Bir sürüyə girəndə
Qərxını qırar, gedər.

37) O hansı heyvandır,
Anadan saqqallı doğular?

38) Ot yeyər, inək deyil,
Yumurtlar, toyuq deyil.

39) Saqqalı uzun, bəyzadə,
Gedər qabaqda, haramzadə.

40) Saqqalı uzun sallanar,
Dağa-daşa dirmanar.

41) Səssiz göldə it hürər.

42) Sıpa gödəni,
Eşər təpəni.

43) Suya girər, millənər,
Sudan çıxar, dillənər.

44) Sularda batar,
Quruda yatar,
Hoppanar-düşər,
Ordları şişər.

45) Talalar, ha talalar.
Talaya yol salalar,
Nə erkəyi, nə dişisi balalar.

46) Taxçadan düşdü, tap elədi.
Gülsənəm onu hap elədi.

47) Üstü daş, altı daş,
Ortasında cındır baş.

48) Üstü palım-palazım,
Altı suyum-bulağım,
İçi yemim-yeməyim.

49) Üstü pulcuq,içi qılçıq

Cavablar

1) keçi. 2) maral. 3) ilan. 4) balıq. 5) meymun 6) qoyun. 7) tısbağa 8) tısbağa 9) ilan, ilbiz 10) kirpi 11) quzu 12)ilan 13) balıq 14) siçan və pişik 15) siçan 16) kərtənkələ 17) pişik 18) qatır 19) kirpi 20) dəvə 21) kirpi 22) ilan 23) dovşan 24) balıq 25) canavar 26) ceyran 27) kərtənkələ 28) camış 29) tısbağa 30) küçük 31) qoyun 32) it 33) dovşan 34) ilan 35) kirpi 36) canavar 37) keçi 38) bağa 39) keçi 40) keçi 41) qurbağa 42) porsuq 43) qurbağa 44) qurbağa 45) qatır 46) siçan və pişik 47) tısbağa 48) qoyun 49) balıq

[collapse]
Facebook Comments

5 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir