Tapmacalar-Heyvanlar

heyvanlar
Heyvanlara aid tapmacalar.
Tapmacalar-Heyvanlar

1) Ağ saqqalam, bəyirrəm,
Qıllarımı əyirrəm,
Mən keçdiyim yollardan,
Qoyun-quzu gətirrəm

2) Ağa nəzər, ay nəzər,
Adı dağları bəzər,
Başında ağac gəzər.

3) Ağzın açar,
Zəhər saçar,
Hamı görüb,
Geri qaçar.

4) Ağzı var, dili olmaz
Yüz ağac vur, çığırmaz.

5) Adam deyil, əl-ayağı, dişi var
Əcəb şeydir, qaravəlli işi var.

6) Altı bulaq, içərlər.
Üstü zəmi, biçərlər.

7) Altı daşdı, daş deyil,
Üstü daşdı, daş deyil,
Heyvan kimi otlayır,
Heyvana yoldaş deyil

8) Altı taxta, üstü taxta,
Oturub bir ağ otaqda,
Qoyun deyil, ot otlayır,
Toyuq deyil, yumurtlayır.

9) Araba gedər, izi yox,
Ulğun yanar, közü yox,
Zirzəmidə gizlənib,
Qabığı var, gözü yox.

10) Bağda sürünər, gəzər,
Az-az görünər, gəzər,
Oxşayır bir yumağa,
Qorxuram əl vurmağa.

11) Balaca mənzər
Dağları bəzər.
Qayıdıb gələr,
Obada gəzər.

12) Bənzəri var çatiya,
Hücum çəkər Fatıya.

13) Bir quşum var,
Dərisi puldan,
Gözləri nurdan.

14) Bir yağlı böyrək
Çuvaldan çıxdı,
Xorhaxor kişi
Ağzına tıxdı.

15) Boyu bənzər əriyə,
Qaçar, girər dəliyə.

16) Dağdan-qayadan aşar,
Pişik kimi dırmaşar,
İlan kimi sürünər,
Divardan bərk yapışar.

17) Evimizdə bir kişi var,
Xorhaxor yatışı var.

18) Əkdim palıd,
Çıxdı şabalıd,
Ortasından bir zoğ çıxdı,
Nə palıddır, nə şabalıd.

19) İynəsi çox,
Tikəni yox.
Əti dərman,
Özü heyvan.

20) İlan yolu,keçi qılı,
Qatarlaşıb gedərlər hey.

21) Yatanda yumru yatar,
Ətinə dərman qatar,
Kim istəsə tutmağa,
Tikanı ələ batar.

22) Yer altında yağlı qamçı,
Suyu içər damcı-damcı.

23) Kolları gəzər pusa-pusa,
Qıçları uzun, qolu qısa.

24) Gedər, gedər, izi yox,
Şıllaq atar, dizi yox.

25) Gözlərində çırağı,
Dişlərində qırmağı
Yağı adam küsdürər,
Zəhmi heyvan əsdirər.

26) Meşədə bir qız gördüm, gözləri şəhla,
Düşdüm onun izinə, qaldım tək-tənha.

27) Nağara, ha hağara,
Dırmaşar ha divara.

Ardı və cavabları ikinci səhifədə
Heyvanlara aid tapmacalar, keçi, ilan, siçan və pişik, tısbağa, canavar, qoyuna aid tapmacalar, it dovşana aid tapmacalar

Facebook Şərhləri

5 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir