Tapmacalar – Quşlar

quşlar


Tapmaca
— ədəbi janrdır. Bu janr insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılıb.  Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Nəsrlə olan tapmacalar da var. “Mən getdikcə o da gedir” (kölgə), “Ağac başında al yanaqlı qız” (alma), “Qarа toyuq qapıdа yatar” (süрürgə), “Ağac bаşında unlu dаğarcıq” (iуdə) və s.

Tapmacalar – Quşlar

Quşlara aid tapmacalar

1) A quş, hardan gəlirsən,
Qanlı qaya dibindən,
Qanın niyə qurumuş,
Allah belə buyurmuş.

2) Alac-bulaca,
Uçdu, qondu ağaca.

3) Bir quşum var,
Ziy-ziyidi,
Gecə uçar,
Gündüz yatar.

4) Altı qoyun,
Üstü keçi,
Başı şabalıd,
Quyruğu qayçı.

5) Bağda uçar səhər-səhər,
Verər bizə yazdan xəbər.

6) Başı daraq, quyruğu oraq,
Tezdən durar, surun vurar.

7) Qara qatır,
Bədlik satır,
Gecə gəzir,
Gündüz yatır.

8) Qatarlanıb gedirlər,
Bizə salam edirlər.

9) Qatar-qatar uçarlar,
Sahin görüb qaçarlar,
Gündüzləri otlayıb,
Axşamları uçarlar.

10) Dağdan gəlib Banı xanım,
Əlləri xınalı xanım,
Farsı deyər, dil anlamaz
Ala köynək, çitarxalıq.

11) Tap-tapmaca,
Gül yapmaca,
Məməli xatun,
Dişləri yox.

12) Tap-tapmaca,
Qulaqları yappaca,
Yatanları oyadır,
Süleyman papaqlıca.

13) Dağdan gəlir kəhər at
Zalım, gözəl kəhər at
Ayağında qıl sicim,
Budur, gəldi kəhər at

14) Dili də var, ağzı da,
Heç danışmır adamla

15) Əzan verir, namaz bilmir,
Arvad alır, kəbin bilmir.

16) Əyri boyun, sarı dimdik,
Gödər ayaq, yaşıl papaq,
Suda gəzər, yastı-yapalaq

17) Yumru-yumru sarıdır,
Yumru gözü darıdır,
Gəzir bizim bağçada,
Üç həftənin barıdır.

18) Gəlirdim kənddən,
Səs verdi bərkdən,
Ağzı sümükdən,
Saqqalı ətdən.

19) Gündüz yatar yuvada,
Gecə gəzər obada.

20) Nağaraçı nağara çalır,
Nə nağarası var, nə çubuğu.

21) O necə quşdur ki,
İnsan kimi süd əmər?

22) Onun adı Pəridi,
Könlümə müştəridi,
Axşam anadan oldu
Səhər durdu, yeridi.

23) Uzun boy, qısa ayaq
Gəzər yastı-yapalaq.

24) Halalar, ha halalar,
Dağda ceyran balalar,
Quşlardan hansı quşdur,
Yumurtasız balalar?

25) Çıxdım Qız qalasına,
Ox atdım yuvasına,
Quşlardan hansı quşdur,
Süd veriri balasına?

 

Cavablar

1) Kəklik 2) Sağsağan 3) Yarasa 4) Qaranquş 5) Qaranquş 6) Xoruz 7) Bayquş 8) Durna 9) Durna 10) Kəklik 11) Toyuq) 12) Xoruz 13) Qızılqış 14) Quş 15) Xoruz 16) Ördək 17) Cücə 18) Xoruz 19) Yarasa 20) Ağacdələn 21) Yarasa 22) Cücə 23) Ördək 24) Yarasa 25) Yarasa

[collapse]
Facebook Comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir