Tabelilik bağlayıcılarının mənaca növləri

Tabelilik bağlayıcılarının mənaca növləri bunlardır:
1. Səbəb bağlayıcıları: çünki, ona görə ki, ona görə də, ondan ötrü ki, onun üçün ki, buna görə də. Məsələn: Uşaq dərsə getməmişdi, çünki başı ağrıyırdı. Mən təyinatımı kəndə aldım, ona görə ki orada müəllimə ehtiyac var.

2. Şərt bağlayıcıları: əgər, hərgah, indi ki, madam ki, bir halda ki və s. Məsələn: Əgər belə oxusan, əlaçı olarsan. İndi ki sən gedirsən, mən getmirəm.

3. Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki və s: Məsələn: Hərçənd ki o, heç kimi eşitmir, yenə də xahiş edərik.

4. Aydınlaşdırma bağlayıcıları: ki, belə ki: Məsələn: Müəllim dedi ki, sabah inşa yazagaqsınız.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *