Təyini söz birləşmələrinin cümlədə rolu

Birinci növ təyini söz birləşmələrinin tərəfləri ayrı-ayrılıqda cümlə üzvü olur. Birinci tərəf təyin, ikinci tərəf isə cümlənin müxtəlif üzvləri olur.
Məsələn: Biz azad ölkədə yaşayırıq. Köçəri quşlar isti ölkələrə uçur. Yarışda onuncu siniflər irəlidədir və s. Bu cümlələrdəki birinci növ təyini söz birləşmələrinin birinci tərəfləri (azad, köçəri, onuncu) təyin vəzifəsində, ikinci tərəflər isə (ölkə, quşlar, ölkələrə, siniflər) zərflik və mübtəda vəzifəsində işlənmişdir.

Elə birinci növ təyini söz birləşmələri də vardır ki, tərkibindəki sözlər mənaca bir anlayışı bildirir və bütövlükdə cümlənin bir üzvü olur.
Məsələn: Yeni il xoş gəlib. Hər tərəf qadır. Orta əsrlərdə Azərbayca karvan yollarının mərkəzi idi. Hər an müharibəyə gedə bilərik və s. Bu cümlələrdəki yeni il, hər tərəf, orta əsrlərdə, hər an birləşmələrinin tərkibindəki sözlər mənaca bir anlayışı bildirir, buna görə də bütövlükdə cümlənin bir üzvü olur.

İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri isə bütövlükdə cümlənin bir üzvü olur.
Məsələn: Dağ çiçəyi (Nə?) dərmandır. Atalar sözlərində (nədə?) hikmət var. XVI əsrin dahi şairi (hansı?) Füzuli bütün dünyada tanınır. Əmim məktəb direktorudur (kimdir?). Məktəbin həyətində (harada?) xeyli adam var idi və s. Bu cümlələrdəki ikinci və üçüncü növ təyini söz birləşmələri müvafiq olaraq cümlənin mübtəda, tamamlıq, təyin, xəbərzərflikdir.

Qeyd: Bəzən 3-cü növ təyini söz birləşmələrinin birinci tərəfləri I və II şəxs əvəzlikləri ilə (cəmdə) ifadə olunduqda ikinci tərəflər mənsubiyyət şəkilçisiz işlənir. Məsələn: Bizim ziyalılar, sizin uşaqlar, sizin evlər və s. Belə birləşmələr I növ təyini söz birləşmələrinə oxşayır. Məsələn: bizim ziyalılr – gənc ziyalılar, sizin uşaqlar – çalışqan uşaqlar və s. Buna görə də bu tip III növ təyini söz birləşmələrini tərəflərə ayıraraq, təhlil etmək lazımdır. Bu halda birinci tərəf cümlənin təyini, ikinci tərəf isə cümlənin müxtəlif üzvləri olur. Məsələn: Bizim uşaqlar çalışqandırlar. Sizin kənddə neçə orta məktəb var? Bu cümlələrdəki bizimsizin sözləri təyin, uşaqlar kənddə sözləri isə mübtədazərflikdir.

Qeyri-təyini ismi birləşmələr

Bəzi ismi birləşmələr var ki, onların əsas tərəfi isimlə (adlarla) ifadə olunsa da, I, II və III növ təyini söz birləşmələri sxemlərindən heç birinə uyğun gəlmir.
Məsələn: belində kəmər, gözü yaşlı, uşaqlardan bəzisi, kosmosa yol, böyüyə hörmət,dağlardan uca və s. Bu tipli birləşmələrə qeyri-təyini ismi birləşmələr deyilir. Bu tipli birləşmələr sintaktik təhlil zamanı ayrılır.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *