Təsirlik hal

Təsirlik hal hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. ismin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik bildirən təsirlik hal.

Müəyyənlik bildirən təsirlik hal kimi?, nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir. Bu növ təsirlik halda işlənən isimlər4 (-nı4) şəkilçisini qəbul edir. Məsələn: Tural-ı çağır – kimi?
Qələm-i götürdüm – nəyi? və s.

Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab oxuyur (nə?) oxuyur. Ana corab (nə?) toxuyur. Quzu su (nə?) içir.

Ayrılıqda kim? sualına cavab verənsözlər də qeyri-müəyyənlik bildirən təsirlik halda nə? sualına cavab verir. Məsələn: Araz Kursları hər il qaliblər (nə?) yetişdirir.

Qeyri-müəyyən təsirlik hallı sözlər xəbərin yanında gəlir.

Təsirlik halın bu növü formaca adlıq halda nə? sualına cavab olan isimlərə oxşasa da, qrammatik mənada onlardan tamamilə fərqlənir:
1. Qeyri-müəyyənlik bildirən təsirlik halı müəyyənlik bildirən təsirlik hal şəklində işləmək olar. Məsələn: O, alma (almanı) yeyir.
2. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin isim müəyyənlik bildirir. Məsələn: Nurlan dostuna məktub yazır.
3. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismin əvvəlinə o, bu işarə əvəzliklərindən birini artırdıqda həmin isim yenə dətəsirlik halın şəkilçisini qəbul edir. Məsələn: Gülnur qələm aldı. Gülnur bu qələmi aldı.
4. Qeyri-müəyyənlik bildirən təsirlik hal da müəyyənlik bildirın təsirlik hal kimi yalnız təsirli feillərlə bağlı olur. Bunu yuxarıdakı nümunələrdə aydın görmək olar. Adlıq halda olan nə? sualına cavab verən isim isı əksər hallarda təsirsiz feillərlə və ya ismi xəbərlərlə bağlı olur. Məsələn: Kitab yerə düşdüş Kitab bilik mənbəyidir.
5. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan isimlər cümlədə xəbərin yanında işlənir. Nuray göy çanta götürmüşdü.

Təsirlik halın hər iki növündə olan isimlər cümlədə vasitəsiz tamamlıq olur və cümlədə yalnız təsirli feillə əlaqəyə girir.
Məsələn: Azər kitabı (nəyi?) yerinə qoydu.
Sevinc anasını (kimi?) çox sevir.
Mən Bakını (haranı?) yaxşı tanımıramş

Təsirlik hal ismin yeganə halıdır ki, cümlədə xəbər ola bilmir.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir