Təsirli və təsirsiz feillər

Hərəkətin obyektə münasibətinə görə feillər təsirlitəsirsiz olur.
Özündən asılı olan sözlərin ismin təsirlik halında işlənməsini tələb edən feillərə təsirli feillər deyilir.

Təsirli feillərin birbaşa tələb etdiyiobyekt ismin təsirlik halının suallarına cavab verir. Məsələn: Uşağı (kimi?) gördüm. Məktubu (nəyi?) yazır. Su (nə?) içirsən? və s.

Özündən asılı olan sözlərin ismin təsirlik halında deyil, başqa hallarda işlənməsini tələb edən feillər isə təsirsiz feillər adlanır.

Təsirsiz feillərlə əlaqədə olan sözlər ismin, əsasən, yönlük, yerlik və çıxışlıq hallarının suallarına cavab olur. Məsələn: Kitaba (nəyə?) baxiram. Kənddə (harada?) yaşayırıq. Evdən (haradan?) gəlirsən? və s.

Bəzi təsirsiz feillər –dır4, -ır4 (bəzən -t, -ar2, -ıt4, -ız4, -dar2) şəkilçilərinin köməyi ilə təsirli feillərə çevrilir. Məsələn: inanmaq (nəyə?)- inandırmaq (kimi?), çatmaq (haraya?) – çatdırmaq (nəyi?), gülmək (kimə?) – güldürmək (kimi?), qaçmaq (haraya?)-qaçırmaq (kimi?), azalmaq (nə?) – azaltmaq (nəyi?), qopmaq (nədən?) – qoparmaq (nəyi?), axmaq (hara?) – axıtmaq (nəyi?), dönmək (nədən?) – döndərmək (nəyi?) və s.

-ıl4, ın4, -ış4 şəkilçilərinin köməyi ilə bəzi təsirli feillər də təsirsiz feillərə çevrilir. Məsələn: çəkmək (nəyi?) – çəkilmək (haraya?), almaq (nəyi?) – alınmaq (haradan?) və s.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir