Təsdiq və inkar feillər

Feillər hərəkətin icra olunub-olunmaması baxımından iki cür olur: təsdiq feillər, inkar feillər.
Təsdiq feillər hərəkətin icra olunmasını bildirir. Təsdiq feillərin xüsusu şəkilçisi yoxdur. Məsələn: yaz, aldı, gəlirəm, baxacaq və s.

İnkar feillər hərəkətin icra edilmədiyini bildirir və vurğu qəbul etməyən qrammatik   -ma2 şəkilçisi ilə düzəlir. Məsələn: yazma, getmə, almadım, baxmayacaq və s.

Feilin lazım, bəzən də vacib şəklinin inkarı -ma2 şəkilçisi ilə yox, deyil sözü ilə düzəlir: alası deyil, getməli deyil və s.

İndiki və qeyri-qəti gələcək zamanda işlənərkən -ma2 şəkilçisindəki sait düşür. Məsələn: oxu+yur- oxu+m+ur, yaz+ar+am – yaz+m+ar+am və s.

Son iki nümunədən göründüyü kimi, qeyri-qəti gələcək zamanda üçüncü şəxsin təkində və cəmində -ar2 zaman şəkilçisinin tərkibindəki r samiti z samitinə keçir.

Qeyd: Feilin inkar şəkilçisi -ma2 ilə isim və sifət düzəldən -ma2 şəkilçisi omonimdir. Nəzərə almaq lazımdır ki, -ma2 inkar şəkilçisi qrammatik şəkilçidir və vurğu qəbul etmir.
Məsələn: ya`zma, a`lma, gə`lmə, qovu`rma, sü`zmə və s. Feillərdən isim və sifət düzəldən -ma2 şəkilçisi isə leksik şəkilçidir və vurğu altına düşür. Məsələn: qovurma`, hörmə`, burma`, süzmə` və s.

Facebook Comments

2 comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *