İsimlər kəmiyyətcə tək və cəm olur. İsimlər cəmdə olarkən – lar2 şəkilçisini qəbul edir: kitablar, insanlar, evlər, şagirdlər və s.
Bu şəkilçi qoşulduğu sözün son samitindən asılı olaraq, fərqli şəkillərdə -rar2, -nar2, -dar2 kimi tələffüz olunur: qatarlar – qatarrar, şəhərlər – şəhərrər, buludlar – bulutdar və s.
Dilimizdə elə isimlər də var ki, onların məzmununda çoxluq, topluluq anlayışı var. Belə isimlər toplu isimlər adlanır. Məsələn: el, xalq, kütlə, camaat, quşun, sürü, ilxı, dəstə, partiya və s. Toplu isimlərin çoxu (camaat və əhali sözləri istisnadır) cəm şəkilçisi qəbul edir: xalqlar, ellər, sürülər və s. Toplu isimlət tək isim olduğundan onlarla əlaqədə olan xəbər təkdə işlənir. Məsələn: El yaylağa köçür. Xalq azadlığına qovuşdu.
Qeyd: Bəzi cümlələrdə işlənən -lar2 şəkilçili isim cəmlik bildirməyə də bilər. Məsələn: “Hər iki qardaş analarını çox sevir” cümləsindəki “analar” sözü çoxluq bildirmir, çünki hər iki qardaşın bir anası var. Bu cümlədəki -lar2 şəkilçisi yiyəlik, aidlik bildirir.
İndi “biz” və “”siz” isimlərinin “bizlər”, “sizlər” şəklndə nitqimizdə istifadə edilməsi kütləvi hal alıbdır. Cəm bildirən sözə bir daha cəm şəkilçisi əlavə etmək dilimizin qaydalarına uyğundur?
Salam maraqlıdır
Cümlədə işlədin zəhmət olmasa
Yaxsi
şərh yazınnnnn
əla