Sual və təyini əvəzliklər

Sual əvəzlikləri sual bildirən sözlərə deyilir. Əsas nitq hissələrinin sualları, yəni kim?, nə?, hara?, neca?, nə cür?, neçənci?, neçə?, nə zaman? və s. suaı əvəzlikləridir. Bunlar isim, sifət, say və zərfi sual şəklində əvəz edir və ya cavab almaq məqsədilə işlədilir. Sual əvəzlikləri əvəz etdiyi nitü hissəsinin qrammatik xüsusiyyətlərini daşıyır. Məsələn, kim?, nə? hara? ismin sualı olduğü üçün hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, cümlədə mübtəda və tamamlıq olur.Kim dərsə gəlməyib?Kimi istəyirsiniz?Kimin var?Haranız ağrıyır?Nələri görmədik?Kimlər gəldi,kimlər getdi?
Sual əvəzlikləri başqa nitq hissələri ilə yanaşı, əvəzliklərin də yerində işlənir. Məsələn: Hamı gülür. Kim gülür?Biz kəndə gedirik. Kim kəndə gedir?

Təyini əvəzliklər

Əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilir. Hər, bütün, filan, eyni, öz özüm, özün, özü, özünüz, öləri sözlərindən ibarətdir. Məsələn: Hər gözəlin ber eybi olur. Mənim üçün bütün güllər gözəldir. Hər gülün öz ətri var. Təyini əvəzliklərdən hər, bütün, filan, eyni əvəzlikləri hansı? sualına cavab verir, cümlədə təyin olur və hallanmır.

Qeyd: Öz əvəzliyi özündən sonra mənsubiyyət şəkilçili söz tələb edir və həmin sözlə birlikdə bir cümlə olur. (Müstəqil cümlə üzvü ola bilmir). Məsələn: Mənə öz kitabım (nə?) lazımdır.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *