Sözün həqiqi və məcazi mənası

Dilimizdəki sözlərin bir çoxu həm həqiqi, həm də məcazi mənada işlədilir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: dəmir qapı, daş divar, yumşaq çörək və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onun məcazi mənası adlanır. Məcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi ilə yaranir.

Məsələn: dəmir iradə, daş ürək, yumşaq söz və s. söz birləşmələrindəki birinci tərəflər – dəmir, daş yumşaq sözləri bənzətmə yolu ilə yaranmışdır. Külək yatdı, Təbiət gülür, Təbiət oyanır, Günəş gizləndi və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.

Facebook Şərhləri

4 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir