Söz birləşməsi və cümlə

Söz birləşmələri ilə cümlələr arasında da bir neçə oxşar və fərqli cəhət var.
Oxşar cəhətlər:
1. İstər söz birləşmələri, istərsə də cümlələr sözlərin birləşməsi yolu ilə yaranır. Məsələn: Yazın gəlişi – Yaz gəldi. Gözəl vətən – Vətən gözəldir və s.

2. İstər söz birləşmələrində, istərsə də cümlələrdə sözlərin müəyyən sıralanma qaydası var. Məsələn: Sular durulandı – Sular duruldu. Maraqlı kitab – Maraqlı kitabdır. Fəhlələrin iş cünü – Fəhlələrin iş cünüdür və s.

Fərqli cəhətlər.
1. Söz birləşmələri bitmiş fikri ifadə etmir və onda intonasoya bitkinliyi olmur. Məsələn: uşaqların səsi, qarlı dağlar, şagirdlərin oxuması və s. Cümlələrdə isə hökmən bitmiş fikirintonasoya bitkinliyi olur. Məsələn: Uşaqlar gəlirlər. Dağlar qarlıdır. Şagirdlər oxuyurlar və s.

2. Söz birləşmələsi bir sözdən ibarət ola bilmir. Dilimizdə bir sözdən ibarət cümlələr isə vardır. Məsələn: Axşamdır. Sakitlikdir. İstidir və s.

3. Ümumiyyətlə, cümlə söz birləşməsindən daha böyük dil vahididir, söz birləşmələri cümlənin tərkibinə daxil olur.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir