Söz birləşmələrinin də sözlər kimi başlanğıc forması olur. Yeni məktəb, dost fikri, mənim kitabım, yaxşı oxumaq, evə gedən, sən gələrkən birləşmələri başlanğıc formada olan söz birləşmələridir. Əgər bu birləşmələrin əsas (II) tərəfi qrammatik şəkilçi qəbul edərsə, bu zaman birləşmə başlanğıc formadan çıxmış sayılır.
Məsələn: yeni məktəbdə, dost fikridir, mənim kitabıma, yaxşı oxumağı, evə gedənlərdən və s. Hər hansı birləşmənin növünü müəyyənləşdirmək üçün birləşmənin başlanğıc formasına baxmaq lazımdır.
Məsələn: Köhnə kitablarımı dostuma verdim cümləsindəki köhnə kitablarımı birləməsinin başlanğıc forması köhnə kitabdır. Bu forma da həmin birləşmənin I növü təyini söz birləşməsi olduğunu göstərir.