Sintaksis – Söz birləşmələri

Sintaksis qrammatikanın bir bölməsidir. Hərfi mənası yunancadan tərcümədə tərtibat, birləşmə deməkdir.
Sintaksisdə söz birləşmələri və cümlələr öyrənilir.

Söz birləşmələri

İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsinə deyilir. Məsələn: ağıllı uşaq, ana laylası, dağ çiçəyinin ətri, Vətəni sevmək və s.

Söz birləşmələrinin quruluşu.

Söz birləşmələri quruluşca iki cürdür: sadə və mürəkkəb.
Sadə söz birləşmələri iki müstəqil sözdən ibarət olur. Məsələn: doğma yurd, dəniz havası, yaz ayları, məktəb illəri və s.
Mürəkkəb söz birləşmələri üç və daha artıq müstəqil sözdən ibarət olur. Məsələn: qədim torpağın öxladları, doğma yurdun gözəl mənzərələri və s.

Qeyd: Söz birləşmələri ən azı iki müstəqil mənalı sözdən əmələ gəlir. Buna görə də bir tərəfi köməkçi feil olan dost olmaq, kömək etmək nümunələri, həmçinin evə doğru, sənin üçün qoşmalı sözləri söz birləşməsi sayılmır.

 

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir