Bəzi qoşmalar bir-biri ilə sinonimdir. Sinonim qoşmalar cümlədə biri digərini əvəz edə bilir Aşağıdakı qoşmalar sinonimdir: adlıq və yiyəlik halda qoşmalardan kimi – -tək (bəzən də qədər) bir-biri ilə sinonimdir.
Yönlük halda işlənən sinonim qoşmalar kimi, -dək, -can2 və sarı, tərəf, doğru qoşmalarıdır. Əvvəl – qabaq, başqa-savayı, qeyri – özgə qoşmaları isə çıxışlıq halda işlənən sinonim qoşmalardır.
İlə – -ca2, qədər- -ca2, üçün – ötrü – görə qoşmalarıda sinonim kimi işlənə bilir. Məsələn: dağ yolu ilə – dağ yolunca,mənim qədər – mənimcə, uşaqlar üçün – uşaqlardan ötrü və s.
Sonra və bəri qoşmaları cümlə daxilində sinonimlik yarada bilir. Məsələn: O zamandan sonra (bəri) Əkrəm daha buralara gəlmədi.