Sifətin isimləşməsi

Bəzi sifətlər cümlədə ismi əvəz edə bilər, yəni onun yerində işlənir. Belə sifətlər isimləşmiş sifətlər adlanır. İsimləşmiş sifətlər ismin yerində işlənir, ismin suallarına cavab olur və isimlərə məxsus cəm, hal, mənsubiyyət şəkilçilərini qəbul edir. Məsələn: Qocalara hörmət hər bir gəncin borcudur.

İgidlərimiz düşmənə layiqli cavab verdilər. Vətən dönükləri bağışlamır. Bu cümlələrdəki qoca, gənc, igiddönükləri sifətləri aid olduqları isimləri əvəz etmişdir. Birinci cümlədəki qoca sifəti adamlara ismini əvəz edərək onun yerində işlənmişdir (qoca adamlara – qocalara).
Eyni cümlədəki gənc sifəti də oğlanın ismini, ikinci cümlədəki igid sifəti isə döyüşçülərimiz, dönükləri (dönük adamları) əvəz etmişdir.
İsimləşmiş sifətlər cümlədə mübtəda, tamamlıq və bəzən də xəbər olur. Morfologi təhlil zamanı belə sifətlər isim kimi yox, isimləşmiş sifət kimi təhlil olunur.

Facebook Şərhləri

3 comments

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir