Sifətin cümlədə rolu və morfoloji təhlil qaydası

Sifətlər cümlədə ən çox təyin olur. Xəbərlik şəkilçisi qəbul etdikdə isə istər isimləşmiş sifətlər, istərsə də isiçləşməmiş sifətlər cümlədə xəbər olur. Məsələn: Bu oğlan çox igiddir (adi sifət). O, keçən ay onlarla ermənini məhv edən igiddir (isimləşmiş sifət). İsimləşmiş digər sifətlər isə cümlədə, bir qayda olaraq, mübtəda tamamlıq olur.

Sifətin morfologi təhlil qaydası

Sifətin morfologi təhlili zamanı onun aşağıdakı xüsusiyyətləri göstərilir:
1. Əlamət, keyfiyyət, rəng və s. bildirməsi və sualı;
2. Quruluşca növü;
3. Dərəcəsi;
4. Bağlı olduğu söz;
5. Cümlədə rolu.

Məsələn: Akif ağıllı və hazırcavab oğlandır. O, sinifdə ən çalışqan şagirddir.

Ağıllı – ketfiyyət bildirir, necə? sualına cavab olur: Quruluşca düzəltmədir – ağıl ismindən düzəlmişdir. Adi dərəcədədir, isimlə bağlıdır. Cümlədə təyindir.
Hazırcavab – keyfiyyət bildirir, necə? sualına cavab olur. Quruluşca mürəkkəbdir: hazır sifəti və cavab ismindən yaranmışdır. Adi dərəcədədir, oğlan ismi ilə bağlıdır. Cümlədəd təyindir.
Calışqan – keyfiyyət bildirir, necə? sualına cavab verir. Quruluşca düzəltmədir. Çoxaltma dərəcəsindədir, ən ədatının köməyi ilə bu mənanı bilririr. Şagird ismi ilə bağlıdır. Cümlədə təyindir.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir