Sifət

Sifət ümumi qrammatik mənasına görə əşyanın əlamətini və ya keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə?, nə cür?, hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəmgini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsəslən: əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, arıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xüsusiyyəti, vərdişi, mənəvi cəhətləri onun keyfiyyətidir. 

Əşyanın rəngi də onun əlaməti sayılır.

İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə də sifət həmişə ismə aid olur və ondan əvvəl işlənir.

Sifətin məna qrupları

Sifətləri müxtəlif məna qruplarına ayırmaq mümkündür:

1. Rəng bildirən sifətlər: yaşıl, qırmızı, sarı və s.
2. Dad bildirən sifətlər: şirin, acı, turş və s.
3. Həcm bildirən sifətlər: geniş, enli, dar, balaca və s.
4. Keyfiyyət bildirən sifətlər: tənbəl, qoçaq, ağıllı və s.
5. Zahiri görkəm bildirən: qəşəng, qoca, gözəl və s.
6. Forma bildirənlər: qalın, yumru, uzunsov və s.

Sifətin quruluşca növləri

Sifətlər quruluşça sadə, düzəltmə və mürəkkəb olur.
Sadə sifətlər bir kökdən ibarət olur. Məsələn: ağ, qara, uzun, qısa, hündür və s.

Düzəltmə sifətlər isimlərin və feillərin sonuna leksik şəkilçi artırmaqla düzəlir. Hansı nitq hissəsindən düzəlməsinə görə düzəltmə sifətlər iki qrupa bölünür: isimdən düzələn sifətlərfeildən düzələn sifətlər.

Facebook Şərhləri

Bir şərh

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir