Sayların orfoqrafiyası

Saylar aşağıda verilən müxtəlif formalarda yazıla bilir:
1. Sözlə: iki yüz, birinci, dörd tam onda beş və s.
2. Ərəb rəqəmləri ilə: 18, 135000 və s.
3. Ərəb rəqəmləri və sözlə: 5 milyon, 14.5 milyard və s.
4. Roma rəqəmləri ilə: XX əsr, İX sinif, Vİ fəsil və s. 

Roma rəqəmlərindən sonra heç bir şəkilçi işlədilmir və defis işarəsi də qoyulmur. Bu saylardan sonra sıra məzmunu bildirmək üçün nöqtə və ya defis işarəsi qoyularsa, ədəbi dilin orfoqrafik (fonetik) norması pozular. Bu rəqəmlər 7 işarə ilə göstərilir: İ (1-ci), V (5-ci), X (10-cu), L (50-ci), C (100-cü), D (500-cü), M (1000-ci). Bunların müxtəlif şəkildə birləşməsi ilə qalan rəqəmlər də yazılır: XİX (19-cu), XL (40-cı), LX (60-cı) və s.

Sira saylarını rəqəmlərlə yazdıqda onlardan sonra defis və -inci4 şəkilçisinin qısa forması -cı4 yazılır. Bu sayları rəqəmlərdən sonra nöqtə və ya yarım-mötərizə (nöqtəsiz) işarəsi qoymaqla da göstərmək olar. Məsələn: 1. yaxud 1) və s.

Kəsr saylarının yazılışında sözdən başqa vergül və kəsr işarələrindən də istifadə oluna bilər: Məsələn: 4.3, 2/5 və s.

Facebook Şərhləri

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir