Sayın mənaca növlərı

Sayın mənaca iki növü vardır:
1. Miqdar sayları
2. Sıra sayları

Miqdar sayları özünün də üç növü var:
1. Müəyyən miqdar sayları
2. Qeyri-müəyyən miqdar sayları
3. Kəsr sayları

Müəyyən miqdar sayları

Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir və neçə?, nə qədər? suallarına cavab veriri. Məsələn: beş, on, yüz, üç və s. Dilimizdə quruluşca sadə olan müəyyən miqdar sayları cəmi 23-dür: bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, mlyard, trilyon. Bu sözlərdən yalnız son üçü alınma sözdür, qalanları əsl Azərbaycan-türk sözləridir. Sıra sayları və mürəkkəb müəyyən miqdar sayları bu 23 sayın əsasında yaranır.

Müəyyən miqdar saylarından sonra gələn isimlər təkdə işlənir. Məsələn: beş şagird, beş kitab və s. Bu isimləri cəmdə işlətmək (beş kitablar şəklində) qrammatik cəhətdən səhvdir.

Xalqımiz min illər boyu azadlığı uğrunda mübarizə aparmışdır cümləsində il sözünün cəm şəkilçisi qəbul etməsi istisna haldır, həmçinin bu nümunədəki min sayı müəyyən-miqdar sayı olsa da, cümlə daxilində qeyri-müəyyənlik bildirir.

Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir. Həmin sözlər, əsasən, aşağıdakılardır:
Nəfər – insan bildirən isimlərlə işlənir.
Baş – əsasən, heyvan bildirən isimlərlə işlənir. Məsələn: on baş öküz, yüz baş qoyun və s.
Ədəd, dənə – cansız əşya bildirın isimlərlə işlənir.
Cüt, dəst – qoşalıq bildirmək üçün isimlərin əvvəlində işlənir.
Göz, tikə, parça, dəstə, top, metr, ton və s. numerativ sözləri də müəyyən miqdar sayları ilə isimlər arasında işlənir.

Dilimizdə bəzi isimlər də nümunələrdə numerativ söz məqamında işlənə bilir. Məsələn: bir vedrə su, iki qaşıq xörək, üç yeşik meyvə və s.

Miqdar sayları ilə ismin arasında işlənən bəzi numerativ sözlər kəmiyyət fərqi əməmlə gətirə bilir: Məsələn: iki cüt corab, bir dəstə uşaq və s.

Qeyri-müəyyən miqdar sayları

Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn: beş-altı, üç-dörd və s. Dilimizdə ən çox işlənən qeyri-müəyyən miqdar sayları aşağıdakılardır:
az, çox, xeyli, bir qədər, bir çox, onlara, çoxlu, yüzlərlə və s.
Azçox sayları ən, lap, daha ədatları ilə də işlənə bilər: ən az, lap çox, daha çox və s.

Bir çox, bir sıra saylarından sonra gələn isimlər isə cəmdə işlənir: bir çox alimlər, bir sıra şəhərlər və s. Çox, onlarla, yüzlərlə, minlərcə və s. saylarından sonra gələn isimlər isə həm təkdə, həm də cəmdə işlənə bilir. Başqa qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər isə təkdə işlənir: xeyli kitab, bir qədər odun, az adam və s.

Bir-iki, üç-dörd, beş-altı tipli qeyri müəyyən miqdar sayları ilə isimlər arasında da nəfər, baş, ədəd, dənə, dəst, dəstə kimi numerativ sözlər işlədilir: üç-dörd nəfər uşaq, bir-iki dənə alma və s.

Bir-iki, üç-dörd, beş-altı tipli saylara təqribi (təxmin) miqdar sayları da deyilir.

Qeyri-müəyyən miqdar saylarından yalnız təqribi (təxmin) miqdar sayları nə qədər? sualı ilə yanaşı, neçə? sualına da cavab verir.

Kəsr sayları

Kəsr sayları ya tamın (bütövün) hissəsini, ya da tam və hissəni bildirir və nə qədər?, neçə hissə? suallarına cavab olur. Kəsr sayları müəyyən miqdar sayları və -da2 şəkilçisinin köməyi ilə yaranır. Məsələn: beşdə üç, iki tam onda beş və s. Kəsr sayları quruluşca həmişə mürəkkəb olur.

Sira sayları

Sira sayları əşyanın sırasını bildirir və neçənci? sualına cavab verir. Sira sayları müəyyən miqdar saylarına -inci4 şəkilçisini artırmaqla düzəlir: altmışıncı, səksəninci, doqquzuncu və s.
Kökü saitlə bitən saylara qoşulduqda bu şəkilçinin iki saiti düşür: altıncı, ikincı və s.

Əvvəl, axır, filan, son sözləri də -inci4 şəkilçisi ilə işləndikdə sira sayı məzmununu bildirir və şərti olaraq say hesab edilir: əvvəlinci (sıra), axırıncı (dərs), sonuncu (zəng), filanıncı (il) və s.

Sira sayları bəzən hansı? sualına da cavab olur. Məsələn: birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə, onuncu (hansı?) sinif və s.

Sıra saylarından sonra gələn isimlər cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 90-cı illər, onuncu sıralar və s.

Sira sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir (isimləşir). Məsələn: Onuncular irəlidədirlər. Birincilərə mükafat verdilər və s.

Sira sayları quruluşca sadə olmur, ya düzəltmə, ya da mürəkkəb olur.

Facebook Comments

One comment

Şərh yazın

Your email address will not be published. Required fields are marked *