Sayın isim kimi işlənə bilməsi (substantivləşməsi)

Say da sifət kimi ismi əvəz edə bilir. İsmi əvəz edən say təklikdə (isimsiz) işlənir, yəni isimləşir. İsimləşmiş say ismə məxsus hal, cəm və mənsubiyyət şəkilçilərini qəbul edir, ismin sualına cavab olur və cümlədə mübtəda, tamamlıq və bəzən də xəbər vəzifəsində işlənir. Məsələn: Beşincilər (kim?) yarışda qalib gəldilər. Beş (nə?) üçdən (nədən?) çoxdur. Gələn onunculardır (kimdir?).

Bəzi sayların yazılışı və deyilişı

Dilimizdəki bəzi sayların yazılışı və tələffüzü fərqlənir. Bu cür saylar, əsasən, aşağıdakılardır: on bir (om bir), səkkiz (səkgiz), doqquz (dokquz) və s. Dörd sayı   –üncü şəkilçisini qəbul etdikdə isə kökdəki sonuncu samit sait səsdən əvvəl gəldiyi üçün cingiltili tələffüz olunur.

Sayın cümlədə rolu

Say cümlədə ən çox təyin olur. Xəbərlik şəkilçili saylar cümlənin xəbəri olur. Yuxarıda qeyd olunduğu kimi, say isimləşdikdə mübtəda, tamamlıq, bəzən də ismi xəbər ola bilir.

Facebook Comments

Şərh yazın

Your email address will not be published. Required fields are marked *